Göbələk bu orqanı xərçəngdən qoruyur

SAĞLAMLIQ
22:19 14.09.2019
3761
Həftədə ən azı 3 dəfə göbələk yeməyin prostat xərçəngi riskini azaltdığı məlum olub.

AZXEBER.COM e-tibb.az-a istinadən bildirir ki, Yaponiyada aparılan bir araşdırmaya görə, 40-79 yaşda olan 37 min nəfərə yaxın kişi 13 il izlənilib. Müşahidə olunan şəxslərə qidalanma alışqanlıqları, yaşam tərzləri də daxil olmaqla bir çox suallar verilib.

Araşdırma, ən azı həftədə 3 dəfə göbələk yeyənlərin prostatın bədxassəli şişinə tutulma riskinin, həftədə bir dəfə yeyənlərdən 17 faiz daha az olduğunu aşkarlayıb.

Göbələyi həftədə iki dəfə yeyənlərdə isə bu riskin 8 faiz daha az olduğu müəyyən edilib.

Qeyd olunur ki, bu, yaşı 50-dən çox olan kişilərdə daha çox nəzərə çarpır.

OXŞAR XƏBƏRLƏR