Hücuma məruz qalan qadın qolundan bıçaqlanıb
Bu gecə saat 03:28 radələrində Bakının Binəqədi rayonu ərazisində bağda qadın bıçaqlanıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən AZXEBER.COM-a verilən məlumata görə, Fatmayi bağları, “Dalğa” düşərgəsində 32 yaşlı Tanya Həsənova naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Ona hücum edən şəxs qadının üstünə bıçaq çıxarıb. Qadın qol nahiyyəsindən bıçaqlanıb. Qadının çığırtısına qonşuluqdakı insanlar gəldiyindən, ona hücum edən şəxs qaçıb. Hazırda polis Tanya Həsənovaya hücum edən şəxsi axtarır.