İş adamının evinin mansarından qadın cəsədi tapılıb.
AZXEBER.COM milli.az-a istinadla xəbər verir ki, rusiyalı rəqqasə, 27 yaşlı Kristina Dontsovanın cəsədi Cənubi Koreyalı iş adamı Lee Seung-Chul-un lüks villasında aşkarlanıb.
Hazırda rəqqasənin müəmmalı ölümü ilə bağlı araşdırmalar aparılır.
Ren TV-də yayılan görüntülərdə iş adamı ilə rəqqasənin birlikdə evə daxil olması əks olunub. İddialara görə, onlar svinqer ( partnyoru dəyişərək cinsi əlaqədə olma ) klubunda tanış olublar.
Rəqqasənin ölümü ilə bağlı şübhəli kimi ifadə verən iş adamı bildirib ki, rəqqasə duş qəbul etməyə gedən zaman o yuxulayıb.
İş adamının dediyinə görə, qızın öldüyünü səhər ayılanda bilib.
Onun cəsədində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
Qeyd edək ki, iş adamı alış-veriş mərkəzlərindən birinin icraçı direktorudur.