Gecə sakinlərin evlərini daşlayan kimdi? - VİDEO

Gecə sakinlərin evlərini daşlayan kimdi? -  VİDEO
Bütün Xəbərlər
16:31 20.06.2013
1352

Sakinlər gecə saatlarında evlərin damlarının daşlandığını deyirlər

Lənkəran şəhəri Kiçik Bazar qəbristanlığına yaxın ərazidəki “28 may” küçəsindəki 43 məhəllənin sakinləri son günlərdə qəribə olayla qarşılaşıb. Burada yaşayan sakinlər gecə saatlarında evlərin damlarının daşlandığını deyirlər.Sakinlərin yuxularını ərşə çəkən daşlama nəticəsində əsasən damların şifer örtükləri ziyan çəkib. Bir evdə isə pəncərələr də sındırılıb.Sakinlərin baş verən hadisə ilə bağlı Lənkəran rayon polis şöbəsinə rəsmi müraciətindən sonra polislər də iki gün dalbadal sakinlərlə birgə bu qəribə olayın araşdırılmasına başlayıb.Lənkəran şəhər polis şöbəsinin sahə inspektoru Ədalət Canıyev ANS PRESS-ə açıqlamasında faktla bağlı araşdırılmanın davam etdirildiyini bildirib. Onun sözlərinə görə, hələlik olayla bağlı saxlanılanlar olmayıb.(anspress)

OXŞAR XƏBƏRLƏR