Gecəyarısı iştaha gələn tələbə özünü qana boyadı

SOSİAL
00:19 06.12.2019
6804
Yasamal Rayon Polis İdarəsində Şri-Lanka vətəndaşının qarın nahiyəsindən bıçaq xəsarətləri alması faktı araşdırılır.

AZXEBER.COM xəbər verir ki, bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

4 dekabr 03:00 radələrində 1 nömrəli Klinik Tibb Mərkəzinə Mirzə Ağa Əliyev küçəsində yaşayan 1996-cı il təvəllüdlü Xəzər universitetinin 1-ci kurs tələbəsi ağır vəziyyətdə daxil olub.

Dindirilmə zamanı gənc oğlan bildirib ki, xəsarət almasına səbəb quş ətini doğrayarkən bıçaqdan ehtiyatsız davranması olub. Gecəyarısı iştaha gələn əcnəbi tələbə özünə toyuq ətindən yemək bişirmək həvəsinə düşüb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, bu zamana qədər olan araşdırmalar tələbənin doğru ifadə verdiyini təsdiqləyir. 

İstintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet