Gədəbəy gəncləri üçün xoş xəbər!

GƏNCLİK
17:49 22.09.2020
362
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Gədəbəy rayonunda yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən onlayn tədbirdə rayon icra hakimiyyətinin başçısı, Gənclər Fondunun icraçı direktoru, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri olmaqla 400 nəfər iştirak edib.

AZXEBER.COM xəbər verir ki, açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Bildirilib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
 
Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaq, həmçinin fəal vətəndaş kimi öz regionlarının inkişafına töhfələrini verəcəklər. Çıxış edənlər gəncləri GİKM-ə gəlməklə bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Daha sonra virtual şəkildə mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Artıq fəaliyyət göstərən 27 regionun fəaliyyətlərini əks etdirən video çarx da qonaqlara təqdim olunub. Tədbir istedadlı region gəncinin musiqili çıxışı və təlim xarakterli oyunlarla davam etdirilib.

Region gəncləri, həmçinin, onlayn şəkildə "Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Bununla Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 28-ə çatıb. Bu ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.
 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib