Gədəbəydə 37 yaşlı kişi qətlə yetirilib, atası şübhəli bilinir

Gədəbəydə 37 yaşlı kişi qətlə yetirilib, atası şübhəli bilinir
HADİSƏ
10:00 16.11.2025
101
Gədəbəy rayonunda 37 yaşlı kişi qətlə yetirilib.

AZXEBER.COM "Report"un Qərb bürosuna istinadən xəbər verir ki, yaşlı Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

R.İlyasovu qətlə yetirməkdə atası, 59 yaşlı İlqar İlyasov şübhəli bilinir.

İ.İlyasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR