Gədəbəydə ağır qəza: Qadın və uşaq öldülər

Gədəbəydə ağır qəza: Qadın və uşaq öldülər
HADİSƏ
23:47 29.08.2025
1133
Gədəbəydə ağır yol qəzası olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Maarif kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2 nəfər - qadın və uşaq ölüb, daha bir nəfər - 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR