Gədəbəy rayonunda mərkəzi bazarda dünən səhər saatlarında yanğın olub. Gədəbəy rayon polis idarəsindən verilən məlumatda görə, baş verən yanğın nəticəsində bütün bazarın yandığı və bazara milyonlarla ziyan dəydiyi bildirilir.Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.