Gedənlərin ardından (KÖŞƏ)

Gedənlərin ardından (KÖŞƏ)
KÖŞƏ
11:42 28.08.2011
2185
Elə bil dünən idi yolka qurub şampan partlatdığımız… Elə bil dünən idi yeni ili qarşılayıb sağlıq deməyimiz! Sağlığımızda maşallah, ölünün konkret fatihəsi olan kimi, bizim də konkret bayram təbrikimiz var: Gələn il bu bayramı Qarabağda, Şuşada qeyd edək! Bir neçə aydan sonra yenə qucaq – qucaq itkilərimiz və ovuc – ovuc qazanclarımızla yeni ili qarşılayacağıq. Bir ilə də “gələn ili Qarabağa, Şuşaya gedək” şüarı ilə başlayıb, vətəndaşlıq borcumuzu yerinə yetirəcəyik. Yenə bir il yaşayacağıq. Yenə erməniləri mahnılarımızı, mətbəximizi oğurladıqlarına görə tənbeh edib oğru adlandıracağıq… Yenə bir cibimiz saysız – hesabsız naməlum tanışların toy dəvətnamələri ilə dolub, o birisi boşalacaq… Yenə yağışlar – qarlar “amansızcasına” yağaraq, məsum küçələrimizi qışa hazırlıqsız haqlayacaq… Yenə qiymətlər qalxacaq… Yenə, yenə, yenə… Hər şey ən yaxşı halda ötən ildəki kimi olacaq… Dəyişən bir təqvimdəki rəqəmlərdə, bir telefonumuzda silməyə əlimiz gəlməyən və artıq çoxdan zəng çatmayan nömrələrin sayında olacaq… Bir də Facebookdakı dostlarımızın “dondurulmuş”, amma hələ də aktiv, daxil olub “1 dəqiqəlik sükutla” yad edib, divarında yazmağa söz tapmadığımız dostların – bizi qəfil tərk edən dostların sayında… Bizdən hər addımda ədalətli olmağımızı tələb edən Haqqda bir dəfə də olsun ədalət görmədik… yarı yolda qoymağı sevir… Eqoistliyimdən ölümdən qorxmuram. Doğmalarımı itirəcəyimə, onlar məni itirsin, daha yaxşı olar… Amma əzrailin səfərbərlik elan edib bütün cavanları yolunun, işinin üstündən qəfil apardığı bir vaxtda ölümə hazırlanmaqda fayda var. Məsələn, mən Facebook parolumu çox etibar etdiyim insanlara yazdım. Ruh çıxar – çıxmaz onsuzda təslim olmuş bədəni mənasız adətlərinizlə təhvilə hazırlamayın. Sağlığında adətlərinizə uymayan birini ölən kimi, Allaha “sadıq qul” kimi təqdim etməyə tələsməyin… Allah məni Sizdən yaxşı tanıyır… Ondansa Facebook profilimi bağlayın, telefonumu söndürün, dedim. Səhifəmdə kompliment belə yazmağı qadağan etdiyim dostlar orda məni “1 dəqiqəlik sükutla” yad edib, “axı niyə sən?” sualını verməsinlər… Xətrinə dəydiklərim, bəzən zarafatın həddini aşıb incitdiklərim, “bunu heç vaxt unutmayacam” deyən dostlar bütün incikliklərini qəfil bir xəbərlə unudub, tərəddüdsüz şəklimi öz profil şəkilləri etməsinlər… Virtual dəfnin adət – ənənələrinə uyğun olaraq uzaqdan – yaxından olan dostları mənli şəkillərdə işarələməsinlər… Zəng edib “yenə zarafatın həddini aşdın” deyənlər üçün əhatə dairəsindən uzaqda olum… Ən önəmlisi – mənim ölümümlə “leş qarğalarına” fürsət verməyin, molla filan lazım deyil. Üstümdə ağılar, mərsiyələr deyib, tanımadığım “müqəddəslərin” adına sinə döyüncə, məni xatırlayın… Yas tutunca, həyatı nə qədər çox sevdiyimi bildiyiniz üçün, mənim də yerimə yaşamağa, daha yaxşı yaşamağa çalışın. Daha çox deyib – gülün. Yanınızdayam kimi… Üstümdə Quran oxumaq lazım deyil… o quran məni heç diri ikən qurub qurtarmadı, öləndən sonra çətin sümüyümə düşə… Ehsan verib bekar insanlara yeni qeybətxana yeri düzəltməyin… Çadır qurub mənsizliyi çadırda qeyd etməyin… Özəl əşyalarım haqda artıq özüm düşünmüşəm… yandırıb, cırıb atmışam… demək olar ki, heç nə qalmayıb… gündəlik istifadə etdiyim hər şeydən öz əşyanızmış kimi istifadə edin, aranızdayam kimi… …Amma bilirəm ki, anam sevdiyim xörəkləri heç vaxt bişirməyəcək… Anam plovu mənim üçün süzüb, hamı üçün dəmləyirdi. Demək evdəkilər tək məni yox, həm də plov yemək şanslarını itirdilər… Bircə şəklimi qara çərçivəyə rəva görməyin… rəngarəngliyi nə qədər sevdiyimi ki, bilirsiniz… Hə… Birdə, məni zövqsüzcəsinə ağ kəfənə bələməyin… Bilirsiniz, şık görünməyi sevirəm… Və ən önəmlisi – məni yad qəbirlər arasında soyuq torpağın, ağır daşın altında tək qoyub qayıtmayın. Orda kimsəsiz çürüməyə qoymayın… o qəbirlər arasında kimsəm yoxdur axı… Məni yandırıb yellərlə sovurun… o yellərlə məndən alınacaq bir – iki ovuc külün heç olmasa bir tozu lazımı ünvana çatacaq… o ünvana ki, orda mənim doğmalarım uyuyur… o doğmalarım ki, 20 ilə yaxındır bir toz həsrəti ilə “gözləri yoldadır”… Mənimlə qəbiristanlıq salmayın. Axı bu boyda nəsil mənimlə başlaya bilməz… İşə “mollalar” qarışarsa, mərhumun vəsiyyəti belə idi deyin. Deyin ki, ömrünüzdə bir dəfə ədalətli olun: mərasimin vaxtını SİZİNKİ seçdi, formasını bizimki seçsin! Onsuz da “olmaz”larınızla imkan vermirsiniz yaşayaq… İmkan verin istədiyimiz kimi ölək!Vüsalə MƏMƏDOVA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik