“Gələcək nəsil Qarabağda yaşananları bilməlidir”

“Gələcək nəsil Qarabağda yaşananları bilməlidir”
SOSİAL
15:02 27.09.2026
323
Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı hərbi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, 27 Sentyabr və Vətən müharibəsi ilə bağlı hadisələrin gələcək nəsillərə düzgün şəkildə çatdırılması vacibdir:

"Bildiyiniz kimi, Azərbaycanda 2020-ci il 27 sentyabrdan sonra ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində, kolleclərdə və müxtəlif idarə, müəssisə və təşkilatlarda bu tarix xüsusi olaraq qeyd olunur. Həmin günlərdə tariximizdə iz buraxan mühüm hadisələr xatırlanır və gələcək nəsillərə çatdırılır. Mən düşünürəm ki, illər ərzində işğal altında olan rayonlarımızın adlarını kədərlə sadaladığımız kimi, bu gün həmin rayonların hər birinin azad olunmasını da qürur və sevgi ilə xatırlamalıyıq. Hətta işğal tarixlərinin də unudulmaması vacibdir. Çünki biz öz tariximizi yalnız qələbələrimizlə deyil, yaşadığımız ağrılı və çətin dövrlərlə birlikdə öyrənməliyik”.
 


M. Məmmədlinin sözlərinə görə, şagirdlərə Qarabağda baş verən hadisələr haqqında yaşlarına uyğun və düzgün məlumatların verilməsi mühüm əhəmiyyət daşıyır:

"Biz təbliğatımızı hər zaman sülh, multikultural dəyərlər və humanizm üzərində qururuq. Arzumuz müharibələrin olmaması və insanların sülh şəraitində yaşamasıdır. Lakin tariximizi də unutmaq olmaz. Buna görə uşaqlara, xüsusilə məktəb yaşlarından başlayaraq, Qarabağda yaşanan hadisələr haqqında onların yaşına uyğun, düzgün və obyektiv məlumatlar verilməlidir. Şagirdlərimiz bilməlidirlər ki, torpaqlarımızın işğalı uzun illər davam edib, həmin ərazilərdə ciddi dağıntılar və məcburi köçkünlük yaşanıb. Eyni zamanda onlar 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi nəticələri də bilməlidirlər”.

M. Məmmədli bildirib ki, Vətən müharibəsində şəhid və qazilərin göstərdiyi fədakarlığın gələcək nəsillərə çatdırılması cəmiyyətin məsuliyyətidir:

"44 günlük Vətən müharibəsində Azərbaycan çox ağır itkilər verdi. Minlərlə şəhidimiz və qazilərimiz oldu. Buna görə qələbənin arxasında dayanan fədakarlığı gələcək nəsillərə çatdırmaq bizim məsuliyyətimizdir. Məncə, müəllim üçün ən böyük dəyərlərdən biri bu tarixi şagirdlərinə düzgün şəkildə anlatmaqdır. Çünki tarix yalnız kitab səhifələrində qalmamalıdır. Şagirdlər həm 30 ilə yaxın davam edən işğal dövrünü, həm də həmin torpaqların azad olunması ilə bağlı hadisələri bilməlidirlər. Biz qələbəmizi qürurla qeyd etməli, eyni zamanda keçmişimizi unutmamalıyıq. Çünki gələcəyi düzgün qurmaq üçün tariximizi bütün tərəfləri ilə bilmək vacibdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyevə dron hücumu: Azərbaycanlı həlak oldu
20:27 27.09.2026
Kiyevə dron hücumu: Azərbaycanlı həlak oldu
Mustafa Sandalın həyat yoldaşı ləğv olunan fondlardan 11 milyard lirə çıxarıb - İDDİA
20:15 27.09.2026
Mustafa Sandalın həyat yoldaşı ləğv olunan fondlardan 11 milyard lirə çıxarıb - İDDİA
Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL: Tokayevdən diqqətçəkən açıqlama
19:57 27.09.2026
Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL: Tokayevdən diqqətçəkən açıqlama
Növbəti danışıqların proqnozunu verdi
19:46 27.09.2026
Növbəti danışıqların proqnozunu verdi
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
19:29 27.09.2026
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
Litva - Azərbaycan oyunu heç-heçə yekunlaşdı
19:11 27.09.2026
Litva - Azərbaycan oyunu heç-heçə yekunlaşdı
Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
18:41 27.09.2026
Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
18:31 27.09.2026
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
Peskovdan ABŞ-a “Starlink” mesajı: “Çox təhlükəli addım olacaq"
18:22 27.09.2026
Peskovdan ABŞ-a “Starlink” mesajı: “Çox təhlükəli addım olacaq"
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
18:12 27.09.2026
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
KİV: Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb
18:03 27.09.2026
KİV: Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb
Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub
17:54 27.09.2026
Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub
Niko Uilyams "Mançester Yunayted"ə keçə bilər
17:42 27.09.2026
Niko Uilyams "Mançester Yunayted"ə keçə bilər
Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə işgəncə verdi
17:32 27.09.2026
Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə işgəncə verdi
İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü
17:23 27.09.2026
İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü
Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb
17:12 27.09.2026
Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb