'Gələcəyə Körpü' Azərbaycanı Avropada təmsil edəcək

GƏNCLİK
17:20 02.05.2013
1413
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvləri 02 – 10 May tarixlərində ölkəmizi Gürcüstanın Kabuleti şəhərində keçiriləcək “Bu günün aktiv vətəndaşı” adlı təlim kursunda təmsil edəcəklər.AZXEBER.COM-un məlumatına görə, təlim Avropa komissiyası tərəfindən maliyələşən Gənclər Fəaliyyətdə (Youth in Action) proqramı çərçivəsində həyata keçirilir. Layihədə gənclər Avropa vətəndaşı termininin mahiyyətini, harada başlayib və bitdiyini, onu layihəmizə necə daxil etməyin yollarını, gənclərin onu necə konkret və praktik edə biləcəkləri yollar haqqında məlumat alacaqlar.ACT təlim kursu gənclərə Avropada vətəndaşlıq məsələlərinə dair onların suallarını cavablandıra, gənc işçilər / təlimçilər kimi inkişaf etməkdəköməklik edəcək. Təlimdə vətəndaşfikrinəüç müxtəlif mövqedən yanaşılacaq yerli, milli və Avropa kontekstindən. Gənclər vəziyyətlər, nümunələr, avropa praktikası üzərində işləyəcəklər. Birlikdə işləyərək gəncləri öz cəmiyyətlərində və kənarda təmsil etməyin yollarınıtəkmilləşdirərək öyrənəcəklər.Təlim kursunun əsas məqsədi vətəndaşlar arasında əlaqə yaradılması, gənclərin ətraf mühit və cəmiyyətdə fəal iştirakı, təcrübə, müzakirə, ölkələrin tarixləri haqqında məlumatları bölmək, müasir vətəndaş anlayışı və vətəndaşlığa müxtəlif konteksdənyanaşmanın yolları haqqında məlumat əldə edəcəklər.

OXŞAR XƏBƏRLƏR