'Gələcəyə Körpü'nün 2 üzvü Türkiyəyə getdi

GƏNCLİK
18:25 07.05.2013
1347

May ayının 7 - dən İyun ayının 7 - ə qədər Türkiyənin Muğla şəhərində keçiriləcək olan “Festivalı Hiss Et” adlı beynəlxalq festivalda “Gələcəyə Körpü” GİB-in 2 fəal üzvü 1 ay müddətində könüllü olaraq fəaliyyət göstərəcəklər.AZXEBER.COM-un məlumatına görə, birliyin fəalları Muğla şəhərindəki “Festivalı Hiss Et” layihəsində iştirak edərək festivalın bir hissəsi olacaqlar. Gənclik həftəsi Festivalı hər ilin May ayının birinci həftəsi qeyd olunur. Festival zamanı könüllülər yeni fəaliyyətlər və yaradıcı fikirlərin tədbiq olunmasına iştirak edəcək, öz ölkələrindəki oxşar bayram nümunələri haqqında məlumatlar təqdim edəcəklər. Bu yolda onlar çoxsaylı gəncləri Festivalda birləşdirməli və onları mədəniyyətlərarası prosesi öyrənməyə cəlb etməlidirlər. Sözü gedən layihəyə Azərbaycanla yanaşı İspaniya, Portuqaliya, Xorvatiya, Serbiya, Gürcüstan, Fransa, Danimarka və Yunanıstandan olmaqla ümumilikdə 30 könüllülü iştirak edəcəkdir.

Gənclər fəal şəkildə Festivalın açılış mərasiminə cəlb olunacaq və tədbir haqqında Muğla küçələrində tələbə və əhalini məluatlandıracaqlar. Bundan əlavə, küçə konsertlərinin tərtibatı, seminarlar, müxtəlif idman və əyləncə fəaliyyətləri könüllü asisstantlar tərəfindən təşkil olunacaq. Könüllülər şəhər-şəhər gəzərək şəhərlərdə festival çərçivəsində müxtəlif konsertlər və şoular təşkilində birşasa iştirak edəcəklər. Sonda isə könüllülər Gənclik həftəsi qeydiyyatında ümumi qiymətləndiriləcək və öz təcrübələrini bölüşəcəklər.

“Festivalı Hiss Et” layihəsi Avropa Komissyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının nəzdində fəaliyyət göstərən Avropa Könüllülük Xidməti (EVS) çərçivəsində həyata keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR