Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən bu gün Böyük Qafqaz dağlarının Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan kütləvi yürüş sona çatmışdır.
AZXEBER.COM-un məlumatına görə, bu kütləvi və əhəmiyyətli yürüşdə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Kəpəz” Dağçılıq və İdman klubunun rəhbəri Orxan Əmirxanov iştirak etmişdir. Yürüşdə həmçinin “Gələcəyə Körpü” GİB-in və Federasiyanın Gəncənin 2016 Avropa Gənclər Paytaxtı seçilməsinə dəstəyini nümayiş etdirmişlər. Yürüş Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”də sonlanmışdır.
Birliyin fəal üzvü 3751 metr yüksəkliyə Heydər zirvəsini fəth etdikdən sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən setifikatla təltif olunmuşdur.