"Gələcəyimiz gənclərdir" festivalı baş tutdu - FOTO

GƏNCLİK
13:14 12.08.2020
406
11 avqust tarixində "Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş "Gələcəyimiz gənclərdir" adlı onlayn festival keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənc Könüllülər" Hərəkatının təşkilatçılığı ilə keçirilən festivalın məqsədi gənclərin onlar üçün əziz olan bu günü daha da əyləncəli və maarifləndirici keçirmələrinə şərait yaratmaq idi.

Müxtəlif fəaliyyət hissələrindən ibarət olan festivalın ilk mərhələsində gənclər üçün "Xəmsə” intellektual oyunu keçirilib. Daha sonra şahmat turniri ilə davam edən festival konsert proqramı ilə yekunlaşıb.

Onlayn formatda keçirilən festivalın sonunda təəssüratlarını bölüşən könüllülər tədbirin xüsusi istedada sahib olan gənclərin öz bacarıqlarını digər gənclərlə paylaşmasına kömək etdiyini bildiriblər. Gün ərzində davam edən festival boyunca həm öyrənib, həm əyləndiklərini bildirən gənclər, əvvəlki illərdən fərqli olaraq karantin rejimində qeyd edilən bu günü kreativ şəkildə maraqlı keçirdikləri üçün təşkilatçılara təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, festival yayımı boyunca 350-dən çox gənci əhatə edib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet