“Gələcəyimizə çıraq ol” layihəsi bu dəfə Salyan məktəblilərini sevindirdi - FOTOLAR

GƏNCLİK
14:27 13.03.2023
6751
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbində məktəblilər üçün "Gələcəyimizə çıraq ol” layihəsi uğurla həyata keçirilmişdir
 
Xalqımızın Ümummilli lideri, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu və bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətdə uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur və bu gün müstəqil Azərbaycanın uşaqları dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunub.

Müəllim Jalə Qurbanlı və müəllim Aygül Qurbanova tərəfindən təşkil olunmuş "Gələcəyimizə Çıraq ol” layihəsinin təşkil olunduğu növbəti ünvan Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbi olub.

05 mart 2023-cü il tarixdə həmin məktəbdə 70-dən yuxarı aşağı sinif şagirdləri üçün müxtəlif master-klasslar həyata keçirilməklə təşkil olunmuş layihənin məqsədi məktəblilərin yaddaşlarında xoş iz buraxmaq, onların asudə vaxtının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin inkişafına az da olsa, yardım etmək olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Baş Çavuş Anar Vəlizadənin övladlarını yad etməyi unutmadılar.

Layihədə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.
 







OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib