İnsanın genlərində dəyişikliklər edilməsilə yaradılacaq əsgər fasiləsiz döyüşə biləcək, onun döyüş meydanında qopmuş ətrafları bərpa ediləcək. ABŞ Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və Layihələri Agentliyi olan DARPA insan genlərində dəyişikliklər ediməsilə «gələcəyin əsgəri»nin yaradılması layihəsi üzərində çalışır.Bu barədə “Rossiya” telekanaı məlumat verib. Məlumatda o da bildirilir ki, DARPA tərəfindən reallaşdırılan layihəyə görə, genin dəyişdirilməsi nəticəsində gələcəyin əsgərləri qidalanmadan günlərlə döyüşmək qabiliyyətinə malik olacaq, partlayış zamanı qopmuş ayaq və qolları yenidən inkişaf edərək bərpa olunacaq. DARPA-nın araşdırmalarını izləyənn alim Simon Konvey insan bədənindəki yağların enerjiyə çevrilməsi yolu ilə insanın günlərlə ac-susuz qalmasının faktiki olaraq, mümkün olduğunu hesab edir.O, həmçinin DARPA-nın buna oxşar layihələr üzərində gərgin iş apardığını da söyləyib. Arizona Universitetinin professoru Coel Garo isə öz növbəsində, ABŞ ordusunun helikopter pilotları üzərində yeni dərmanı sınaqdan keçirdiyini iddia edib.Onun sözlərinə görə, yeni dərmanın təsiri ilə pilotlar istirahət etmədən, həmçinin müvazinətini itirmədən 40 saat uçmağı bacarıblar