Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb

Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
SOSİAL
10:31 15.11.2026
73
11 və 13 noyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən "İnsanyönümlü şəhərlər” hakatonu uğurla başa çatıb.

Hakatonun əsas məqsədi gənclərin şəhər mühitinin inkişafına yönəlmiş innovativ ideyalarını üzə çıxarmaq, şəhərsalma sahəsində mövcud çağırışlara süni intellekt və müasir texnologiyalar vasitəsilə həllərin hazırlanmasını, eləcə də perspektivli layihələrin startap təşəbbüslərinə çevrilməsini təşviq etməkdir. Hakaton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın prioritetlərinə uyğun olaraq, gənclərin innovativ potensialının inkişafına, süni intellekt sahəsində yeni ideya və həllərin hazırlanmasına, eləcə də ölkədə süni intellekt ekosisteminin gücləndirilməsinə töhfə verməyi hədəfləyib.

"İnsanyönümlü şəhərlər” hakatonunun 11 noyar tarixində keçirilən ilkin mərhələsində 25 komanda ictimai məkanlar və şəhər həyatı, inklüzivlik və əlçatanlıq, piyada və dayanıqlı mobillik, yaşıl şəhər və ağıllı şəhər istiqamətləri üzrə mentorların dəstəyi ilə öz innovativ layihə təşəbbüslərini formalaşdırıblar. Daha sonra mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak hüququ qazanıb. Dəyərləndirmə zamanı təqdim olunan ideyaların innovativliyi, şəhər infrastrukturunun təkmilləşdirilməsinə töhfəsi, praktiki tətbiq imkanları və dayanıqlı inkişaf perspektivləri əsas meyarlar kimi nəzərə alınıb.

Hakatonun 13 noyabr tarixində keçirilən final mərhələsində komandalar hazırladıqları ideyaları təkmilləşdirərək münsiflər heyətinin qarşısında təqdim ediblər. Münsiflər heyətinin qiymətləndirməsinin nəticələrinə əsasən, "NeuraCity”, "Humanİz” və "Zəngəzur” komandaları müvafiq olaraq I, II, III yerlər üzrə hakatonun qalibləri elan olunublar.
 


Final mərhələsinin bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini – baş memar Cahangir Məmmədrzayev çıxış edərək gənclərin şəhərlərin gələcək inkişafında fəal iştirakının vacibliyini vurğulayıb, hakatonun onların ideya və təşəbbüslərinin dəstəklənməsi, potensiallarının üzə çıxarılması və innovativ düşüncə tərzinin təşviqi istiqamətində yaratdığı imkanlardan bəhs ediblər.

Hakaton sonunda qalib olan 3 komandanın üzvləri mükafatlandırılıb və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, 600-ə yaxın gəncin müraciət etdiyi hakaton Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı,  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "Böyük Qayıdış” Gənclər Təşkilatı, "CAVAN” Gənclər Hərəkatı, "Gənc Könüllülər” İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.













OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı
10:41 15.11.2026
Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
10:31 15.11.2026
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
10:30 15.11.2026
HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi
10:20 15.11.2026
Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi
Daha bir ölkə Rusiya və Belarus idmançılarının ölkəyə girişini qadağan etdi
10:10 15.11.2026
Daha bir ölkə Rusiya və Belarus idmançılarının ölkəyə girişini qadağan etdi
Rəşad Məcidə ağır itki
10:00 15.11.2026
Rəşad Məcidə ağır itki
Biləcəri yolunda zəncirvari qəza: Avtomobillərdən biri ağaclara çırpılıb
09:43 15.11.2026
Biləcəri yolunda zəncirvari qəza: Avtomobillərdən biri ağaclara çırpılıb
Hava limanında iki təyyarə toqquşub
09:31 15.11.2026
Hava limanında iki təyyarə toqquşub
Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb
09:12 15.11.2026
Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb
Avropa futbolunda böyük qarşıdurmalar: İspaniya İngiltərəyə, Belçika İtaliyaya qarşı
09:03 15.11.2026
Avropa futbolunda böyük qarşıdurmalar: İspaniya İngiltərəyə, Belçika İtaliyaya qarşı
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
08:58 15.11.2026
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
08:45 15.11.2026
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
08:37 15.11.2026
Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Dörd yaşlı qızına aylarla işgəncə verdi, cəsədini çəlləkdə yandırdı
08:28 15.11.2026
Dörd yaşlı qızına aylarla işgəncə verdi, cəsədini çəlləkdə yandırdı
"Fars": ABŞ-nin Bəhreyndəki bazası SEPAH-ın hücumuna məruz qalıb
08:22 15.11.2026
"Fars": ABŞ-nin Bəhreyndəki bazası SEPAH-ın hücumuna məruz qalıb
Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
08:16 15.11.2026
Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb