İyun ayında beş gün qeyri-iş günü olacaq.
AZXEBER.COM-un məlumatına görə, iyunun 5-i və 6-sı Ramazan bayramı, 15-i Azərbaycan xalqının Milli Qurtuluş günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.
Əmək Məcəlləsinə əsasən, iyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü hesab edilir.