Gələn il gömrük tariflərinin artımı nəzərdə tutulmayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevbildirib.O qeyd edib ki, gələn il üçün gömrük orqanlarından büdcəyə bu ilin tapşırığından daha artıq məbləğin köçürülməsinin proqnozlaşdırılması tariflərin artımı ilə deyil, idxalın artırılması və qiymətləndirmə sisteminin tətbiqi ilə təmin olunacaq.A.Əliyevin sözlərinə görə, həmçinin həmsərhəd dövlətlərlə ticarət mübadiləsinin daha sıx həyata keçirilməsi nəzərdə tutulur ki, bu da büdcə ödənişinə müsbət təsir göstərəcək.O qeyd edib ki, Gürcüstanın kənd təsərrüfatı və gəlirlər xidmətinin müavini ilə artıq xırda maşınlarla ticarət mübadiləsinin aradan qaldırılması müzakirə olunub:“Xırda maşınlarla kənd təsərrüfatı məhsullarının daşınması keçən əsrin ortalarına məxsus ticarət növüdür. Artıq sivil qaydada, gömrük bəyannamələri əsasında ticarətin qurulması hər iki ölkənin iqtisadiyyatına yardım edəcək, vergi və rüsumların toplanması problemsiz həyata keçiriləcək. Bu təkcə Gürcüstana deyil, digər sərhəd dövlətlərə də aid olacaq”.Qeyd edək ki, 2013-cü il üçün gömrük orqanlarından büdcəyə köçürülməsi nəzərdə tutulan proqnoz 1 milyard 380 milyon manat idi ki, 10 ay ərzində 1 milyard 134,4 milyon manat artıq büdcəyə köçürülüb.Gələn il üçün gömrük orqanlarından büdcəyə bu illə müqayisədə 130 milyon manat artıq (1 milyard 510 milyon manat) vəsait köçürülməsi tapşırılıb.