“Gələn il məcburi köçkünlərin Bakı Dövlət Universitetinin yataqxanalarından köçürülməsinə nail olacağıq ”

GƏNCLİK
22:13 14.10.2011
1371
“Gələn il Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan ərazidə tikinti başlayacaq”.Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, artıq həmin ərazi üçün texniki şərtlər alınıb və ekspertizaya təqdim edilib. Layihə texniki ekspertizadan keçən kimi orada tikinti başlayacaq: “Ancaq bu başlanğıcdır. Həmin ərazidə heç bir texniki infrastruktur yoxdur. Əvvəlcə bu ərazidə texniki infrastruktur yaradılacaq. Hesab edirəm ki, gələn il bu əraziyə Bakı Dövlət Universitetinin yataqxanalarından məcburi köçkünlərin köçürülməsinə nail olacağıq”.
OXŞAR XƏBƏRLƏR