Gələn tədris ili nə vaxt başlayacaq?

Gələn tədris ili nə vaxt başlayacaq?
Bütün Xəbərlər
13:09 12.06.2014
1391
Mikayıl Cabbarov: “Növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyiləm”
Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Nazir qeyd edib ki, növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: “Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi bağlı bir neçə variant hazırlanıb. 
Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb”.
OXŞAR XƏBƏRLƏR