"Gəlin etiraf edək ki, xaricdə təhsil gənclərimizə daha çox şey verir"

"Gəlin etiraf edək ki, xaricdə təhsil gənclərimizə daha çox şey verir"
GƏNCLİK
16:51 24.07.2014
2091
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Məmmədova Gülnardır. Gülnar xanım Türkiyədə ali təhsil alır və bu ölkədə ictimai tədbirlərdə kifayət qədər aktivlik göstərməklə yanaşı, tələbələrimiz arasında koordinasiya qurmağı ilə də seçilir. Bu maraqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.- Özünüz barədə məlumat verərdiniz.- Mən, Məmmədova Gülnar, 14 avqust 1994-cü ildə Göyçay şəhərində anadan olmuşam. Orta təhsilimi 4-cü sinfə kimi Göyçay şəhərində 5 nömrəli orta məktəbdə almışam, sonradan isə təhsilimi Bakı şəhəri Nərimanov rayonu Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında davam etdirdim. Orta məktəbdə təhsilimə xüsusi önəm vermişəm, amma bəzi ictimai tədbirlərdə də aktiv olmağa çalışmışam. Ali təhsilimi isə Türkiyə Eskişehir Anadolu Universitetində davam etdirirəm. Hazırda Halkla ilişkilər fakültəsinin 3-cü kurs tələbəsiyəm.- Hansı maraq və ya hədəflər sizi başqa bir ölkədə ali təhsil almağa daşıdı?- Düzü, maraqlar çoxdur. Yəni, təcrübə toplamaq, yeni həyat tərzi keçirmək, yeni təhsil sistemi və s. Ümumiyyətlə, bir çox gəncin başqa ölkədə yaşamaq, təhsil almaq kimi xəyalları var. Mənim də belə böyük xəyallarım, istəyim olub və məşhur bir məsəldə deyildiyi kimi -“Niyyətin hara, mənzilin ora” fikirləri real oldu. Nə üçün bizim ölkə deyil də, başqa ölkəni seçdim? Azərbaycanı yəni, Vətənimi başqa ölkələrdə daha yaxşı təmsil etmək və daha yaxşı layihələrə imza atmaq üçün. Türkiyədə təhsil almaq qərarına gəldim və istəyim bununla gücləndi. Bu addımımda yalnız ailəm, yəni anam dəstəkçim oldu. Çünki, yalnız anama söz vermişəm ki, hər zaman səsimi yüksəklərdən duyacaqsan.- Artıq arzunuzu reallaşdırmısınız. Bəs, oxuduğunuz ali təhsil ocağı necə, sizi qane edirmi?-Əlbəttə seçimimdə yanılmamışam. Buradakı təhsil sistemi mükəmməl olduğu kimi, ali təhsil ocaqları da əladır. Təhsil aldığım Anadolu Universiteti Türkiyədə tələbə sayına və təhsilinə görə, 3-cü yer almış universitetlərdən biridir. Seçdiyim Halkla ilişkiler fakültəsinə görə, Anadolu Universiteti Türkiyədə bu sahədə 1-ci yeri alıb. Tələbə sayı isə 2 milyona yaxındır.-Universitetinizin uğurlarından ağız dolusu danışdınız. Bəs özünüzün necə, təhsildən başqa ictimai işlərdə fəallığınız, uğurlarınız olurmu?-Təbii. Bir məsələni deyim ki, biz azərbaycanlı gənclər digər ölkələrin gənclərindən bir sıra müsbət xarakter və keyfiyyətlərlə seçilirik. Keyfiyyət deyəndə, yəni məcazi mənada bunu nəzərdə tutdum. Həqiqətən də, gənclər aktiv olmalı, elm, savad, xeyir gətirən məsələlər istiqamətinə yön almalıdırlar. Çox təəssüf ki, bu gün dünyada belə hallar az müşahidə olunur. Gənclər daha çox əyləncələrə vaxt ayırır, zehni işlərə baş qoşmur, ictimai işlərdən uzaq dururlar. Əksər ölkələrin gəncləri enerjilərini, dediyim kimi əyləncəyə sərf edirlər. Amma bizim gənclər qürurlu haldır ki, elmə çox vaxt ayırmaqları ilə yanaşı, ictimai, diaspor işlərinə də diqqət yönəldirlər. Bu, çox fərəhli haldır. Mən də belə gəncliyin sırasında olmağa çalışıram. Zənnimcə, artıq bunu bacarmışam da. Sualınıza konkret cavab olaraq deyə bilərəm ki, Türkiyədə kifayət qədər ictimai işlərdə aktivlik göstərirəm və buna misal olaraq AZEDER-in Eskişehir təmsilçisi olduğumu deyə bilərəm. Bu təşkilat bir ildir ki, fəaliyyət göstərir və kifayət qədər işlər görürlər. Bunlar arasında tələbələrə təqaüdlər vermək, onların problemləri ilə maraqlanmaq, başqa ölkələrə tələbələri təcrübə toplamaq üçün göndərmək və s. var. Eskişehirdə oxuduğum bu illər ərzində Eskişehir Azərbaycanlılar Dərnəyində də fəaliyyətlərim olub. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin də (TUMİB) Eskişeherdəki təmsilçisiyəm. Bundan əlavə “Yüz ilin yalanı” adlı layihənin Türkiyədəki rəhbəriyəm. Yəni, bu layihə böyük əhatəlidir və kifayət qədər tədbirlərin keçirilməsi planlaşdırılır. Layihə ermənilərin yalançı soyqırımının ifşasını nəzərdə tutub. Çünki bilirsiniz ki, üzümüzə gələn il onlar bu “soyqırımın” yubileyinə hazırlaşırlar. Biz də onlara cavab tədbirləri planlaşdırırıq. Düşünürəm ki, kifayət qədər tutarlı tədbirlərlə onların gənclərinə layiqli cavab verəcəyik.-Məsuliyyətli bir layihə və işdir. Bəs, bu cür tədbirlərdə Türkiyədə oxuyan azərbaycanlılar sizə dəstək olurlarmı?-Bəli, bu işdə narazılıq etməyə haqqım yoxdur. Məncə sayları az deyil aktiv tələbələrin. Ən əsası da milli məsələlərlə bağlı istənilən çağırışa müsbət reaksiya verirlər və tədbirlərimizə qatılırlar. Ümid edirəm bu layihə gerçəkləşdikcə, gənclərimiz daha aktiv olacaqlar. Bir daha qeyd edim ki, aktivlik bizim gəncliyə genetik keçib. Ona görə də çalışdıqları, oxuduqları sahədən əlavə gənclərimiz aktiv olurlar. Əgər bir universitetə gəlib desəniz ki, Qarabağla bağlı tədbir planlaşdırırıq, o zaman hər bir azərbaycanlı gənc bizə qoşulur. Bu, əladır. Bu, onun göstəricisidir ki, biz hələ də istiqanlı millət olmaqla yanaşı, bir-birimizə dayaq olmağı və yaxın tariximizi təbliğ etməyi bacarırıq.-Türkiyədəki gəncliyimizi xarakterizə etdiniz. Bəs, ümumilikdə Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?-Azərbaycan gəncliyi elə bir mərhələdədir ki, hazırda bizim gənclər kifayət qədər inkişaf etmək üçün potensiala malikdirlər. Bundan başqa, öz üzərində işləmək istəyən gənclər seçdiyi sahə üzrə-idman, təhsil, peşə, və s. yaradılan şəraitdən də istifadə etməyi bacarmalıdırlar. Hazırda isə ölkədə hər bir gəncin istirahəti, elmlə, idmanla məşğul olması üçün kifayət qədər şərait yaradılıb. Gənclər evləri, Olimpiya kompleksləri, keçirilən kifayət qədər idman tədbirləri, saysız-hesabsız ictimai tədbirlərin olması o deməkdir ki, artıq gənclərimiz 90-cı illərdə olduğu kimi, enerjilərini çayxanalarda vaxt keçirməyə sərf etmirlər. Gəncliyimizi xarakterizə edərkən, bir məqama da toxunmaq istərdim ki, bu gün xaricdə təhsil almağa inanılmaz dərəcədə maraq artıb. Təhsil naziri də qeyd etdi ki, sırf dövlət proqramı əsasında artıq 3000-dən çox tələbə xaricdə oxuyacaq. Bu, bilirsinizmi nə deməkdir? Balaca bir ölkə üçün böyük nailiyyət və gələcəkdə perspektivli təcrübəli kadrlarla dolu olan və sağlam rəqabətin çoxaldığı bir ölkə deməkdir. Ölkədə də təhsilin səviyyəsi yüksəkdir. Amma gəlin etiraf edək ki, xaricdə təhsil gənclərimizə daha çox şey verir.-Gələcəklə bağlı hansı planlarınız var?-Planlar çoxdur. Plan deyəndə, gənclər üçün görüləcək işlərin ağıllı və düşünülmüş şəkildə qurulmasını nəzərdə tuturuq. Mən, əgər sabah bir iş qurmaq istəyirəmsə, bunun üçün sağlam şəkildə düşünməliyəm. Sağlam düşüncə üçünsə yuxarıda qeyd etdiyim kimi, sağlam həyat tərzi keçirmək lazımdır. Şükürlər olsun ki, mən də sağlam düşüncəyə malikəm. Konkret olaraq fikrimi əsaslandırsam deyərəm ki, ilk planlaşdırdığım məsələ öz təşkilatımı qurmaqdır. Təşkilat və ya topluluq quraraq layihələrimi daha yaxşı şəkildə reallaşdırmaq istəyirəm. Bunu, inşallah bu il reallaşdırmaq istəyirəm.-Sonda bizə arzu, istəyiniz və ya təklifiniz varmı?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'