Gəlini ilə sevişən ata oğlunu doğradı-Azərbaycanda ŞOK

Gəlini ilə sevişən ata oğlunu doğradı-Azərbaycanda ŞOK
Bütün Xəbərlər
16:52 06.10.2015
10386
Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. 
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar.
Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibəti olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.
Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR