Gəlinlər toylara icazə verilmədiyi üçün aksiya keçirdi - VİDEO

MARAQLI
10:32 09.07.2020
2599
İtaliyada yeni tip koronavirus səbəbindən toy mərasimlərinin təxirə salınmasına əsəbiləşən cütlüklər və toy təşkilatçıları maraqlı akiya keçiriblər.

20-yə yaxın qadın gəlinlikdə Romadakı Məhəbbət Çeşməsinin önündə yürüş ediblər. Gəlinlərin əllərində tutduqları plakatlarda isə "Evliliklərimizi məhv etdiniz", "Xəyallarımızı sərhədləyə bilməzsiniz" və "Kilsələrin qapıları toylarımız üçün bağlıdır" tipli mesajlar yer alıb.

Qeyd edək ki, İtaliyada bu vaxta qədər 240 mindən çox insan virusa yoluxub, 35 min insan da həyatını itirib.
 
///Qaynarinfo 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet