GEMİ Şuşanın işğalının iyirminci ildönümünü Avropada qeyd edəcək

GEMİ Şuşanın işğalının iyirminci ildönümünü Avropada qeyd edəcək
GƏNCLİK
13:23 19.04.2012
1508
Bu barədə GEMİ-nin sədri Sərdar Yusifoğlu məlumat verib.O bildirib ki, əsas məqsəd Avropa ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən günahsız Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətləri, Qarabağda insan hüquqlarının tapdanması və haqsızlığın hələ də bərpa olunmadığına yönəltməkdir.“Mərasimdə Azərbaycan həqiqətlərini dünyaya daha sivil, dünyanın qəbul edə biləcəyi tərzdə çatdırmağa çalışacağıq. Bu işdə bizə təşkilatın xaricdə təhsil alan üzvləri də kömək edəcək. Tədbirlər Bakı və Şəkidə də davam etdiriləcək”.S.Yusifoğlu söyləyib ki, anım tədbirləri mayın 7-dən başlayaraq, ayın sonuna kimi Almaniyada, Hollandiyada, Polşada və digər ölkələrdə baş tutacaq.Onun sözlərinə görə, Berlin İqtisadiyyat ve Hüquq Universitetinin (Berlin Shool of Economics and Law universiten) rəhbərliyi və orda təhsil alan GEMİ üzvləri də bu tədbirlərə yaxından dəstək verəcək və Avropada koordinasiya işlərini həyata keçirəcək.O qeyd edib ki, həmçinin tədbirlər çərçivəsində beynəlxalq təşkilatların ofisləri qarşısında Ermənistanın “Adi Silahların İxtisarına dair” Cinah Sazişi (Treaty on Conventional Armed Forces in Europe - CFE) üzrə müəyyən olunmuş kvotanı pozmasına etiraz və Azərbaycan üçün müəyyən olunmuş kvotanın artırılması tələblərini özündə əks etdirən aksiyaların təşkili də planlaşdırılıb:“Ermənistanın arsenalı 1992-ci ildən qüvvədə olan bu saziş üzrə nəzərdə tutlan saydan orta hesabla 3 dəfə çoxdur. Ermənistan öz ərazisində və üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərində xeyli sayda silah-sursat saxlayır ki, beynəlxalq aləmin nəzarətindən kənardır. Ermənistanın işğal olunmuş ərazilərimizdə saxladığı silahların dəqiq siyahısı məlum deyil. Azərbaycanın özünün apardığı araşdırmalar nəticəsində məlum olbu ki, Ermənistan Avropada Cinah sazişi üzrə müəyyən olunmuş kvotanı dəfələrlə aşıb”.S.Yusifoğlu vurğulayıb ki, Azərbaycanın əhalisi və ərazisinə görə onun üçün müdafiə kvotası da gərəkdiyindən çox aşağıdır və beynəlxalq təşkilatlar bu məsələyə ədalətlə yanaşmalıdırlar.GEMİ sədri əlavə edib ki, silsilə tədbirlər proqramı mayın 28-də Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümünə həsr olunan böyük bir tədbirlə yekunlaşacaq.
OXŞAR XƏBƏRLƏR