Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 08-12 noyabr 2013-cü il tarixlərində Cəlilabad rayonunda "Gənc donorlar üçün qış universiteti 2013" adlı layihə həyata keçirilmişdir.
AZXEBER.COM-un məlumatına görə, layihə əsasında paytaxtdan və regiondan, eləcədə qonşu Gürcustanda yaşayan azərbaycanlı gənclərdən ibarət 50 nəfər iştirakçı Cəlilabad rayonunda bir araya gələrək layihədə iştirak etmişdirlər. Layihəyə 8 noyabr tarixindən start verilmişdir.
Qış universitetinin rəsmi açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi və Cəlilabad rayon ictimaiəti də iştirak etmişdir. Layihə müddətində Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov , Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Mətanət Qaraxanova , Marneuli Gənclər Mərkəzinin həmtəsisçisi Emin Əhmədov , gənc jurnalistlər və azxəbər.com xəbər agentliyinin təsisçiləri Hacibəy Heydərli və Əfsəllədin Ağalarov tərəfindən panellər üzrə təlimlər keçirilmişdir. 5 günlük düşərgə zamanı layihə iştirakçıları Cəlilabad rayonu ilə yaxından tanış olaraq rayonun tarixi və mədni ocaqlarını ziyarət etmişdirlər.
Qeyd edək ki, layihə Gənclər Fondu tərəfindən keçirilən Qrant Müsabiqəsinin C kateqoriyasında Qan Donorları Assosiasiyasının fəal üzvü Lalə Mahmudlu tərəfindən qazanılmşdır. Layihənin əsas məqsədi region gəncləri arasında qan xeyriyyəçiliyini inkişaf etdirmək və gəncləri sağlam həyat tərzi keçirməyə dəvət etməkdir.
![](/file/pic/xeber/2013-11-13/80745.jpg)
![](/file/pic/xeber/2013-11-13/80748.jpg)
![](/file/pic/xeber/2013-11-13/80751.jpg)
![](/file/pic/xeber/2013-11-13/80752.jpg)
![](/file/pic/xeber/2013-11-13/80753.jpg)
![](/file/pic/xeber/2013-11-13/80757.jpg)
![](/file/pic/xeber/2013-11-13/80759.jpg)
![](/file/pic/xeber/2013-11-13/80762.jpg)
![](/file/pic/xeber/2013-11-13/80764.jpg)
![](/file/pic/xeber/2013-11-13/80766.jpg)
![](/file/pic/xeber/2013-11-13/80768.jpg)
![](/file/pic/xeber/2013-11-13/80772.jpg)
![](/file/pic/xeber/2013-11-13/80775.jpg)
![](/file/pic/xeber/2013-11-13/80776.jpg)