Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012” -in iştrakçılarını Gürcüstanın bir sıra nazirliklərində və Prezident Administrasiyasında gəbul ediblər.
AZXEBER.COM-un məlumatına görə, layihənin sonuncu günü, 1 mart tarixində, Gürcüstan Respublikasında baş tutan Gənc Qan Donorları üçün Qış Universitetinin iştrakçılarını Gürcüstanın bir sıra nazirliklərində və prezident administrasiyasında gəbul ediblər.
Həmin gün gənc qan donorlar proqrama uyğun olaraq ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər. Daha sonra gənclər Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Gürcüstan Respublikasının Prezident Adminstrasiyasındakı görüşlərdə iştirak ediblər.
İlk öncə Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərinin mərkəzi hissəsində yerləşən Heydər Əliyev parkında ulu öndərin büstü ziyarət edildi. Mərasimdə hər iki tərəfin səlahiyyətli nümayəndələri iştirak etdilər. Büstün ziyarəti əklilin qoyulması ilə yekunlaşdı.
Gürcüstan Respublikasının Ədliyyə Nazirliyindəbaş tutan görüşdə isə nazirliyin Ədalətin Təmin Edilməsi Departamentinin prokuroru “Korrupsiya ilə mübarizə” mövzusunda seminarı açıq elan etdi. Seminar respublikada yaxın 10 il ərzində Ədliyyə sahəsində görülən islahatlardan bəhs edirdi. Seminarın sonunda prokuror gəncləri maraqlandıran sualları səmimi şəkildə cavablandırdı və görüş nazirlikdə ekskursiya ilə sona çatdı. Gənclər daha sonra Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində görüşə qatıldılar. Görüş nazirliyin əməkdaşının Daxili İşlər Nazirliyinin binası haqqında məlumat verməsi ilə başladı və seminarla davam etdi. Seminarın mövzusu “Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində reformlar” idi. Seminar müvafiq sahə üzrə respublikanın illər üzrə statistik məlumatları, əldə olunan nailiyyətlərdən bəhs edirdi. Öz effektini qısa müddət ərzində göstərən praktikadan bəhs edən seminar gənclərin böyük marağına səbəb oldu.
Görüş yekunlaşdıqdan sonra gənclər günün ən çox marağa səbəb olan və böyük səbirsizliklə gözlənilən məkanına- Gürcüstan Respublikası Prezident Adminstrasiyasına yola düşdülər. Adminstrasiyanın səlahiyyətli şəxsi binanın strukturası haqqında məlumat verdi və Prezident Mixail Saakaşvilinin hədiyyələr muzeyi ilə tanış etdi. Sonda gənclərə Prezidentin şəxsi hədiyyələri təqdim olundu.
Xatırladaq ki “Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012”-nin rəsmi açılışı 28 fevral tarixində baş tutub. İştrakçılar iki gün ərzində müxtəlif mövzularda təlim keçiblər, layihənin ikinci günü həmçinin iştrakçılar Xocalı faciəsini yad edib, gürcüstanda və azərbaycandan olan gənclərə Xocalı soyqırımı ilə bağlı dolğun məlumat verilib.
“Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012” ”Marneuli Gənclər Mərkəzi” (Gürcüstan), “Qan Donorları Assosiasiyası” (Azərbaycan Respublikası) və “Gənclərin Töhvəsi” İctimai Birliyi (Azərbaycan Respublikası) tərfindən təşkil olunub və Azərbaycan təşkilatlarının ölkədən kanar həyata keçirdiyi ilk “Qış Universiteti”-dir.
Layihə, Azərbaycan Respublikasının İdman və Gənclər Başİdarəsi, Gürcüstanın Reinteqarsiya məsələləri üzrə dövlət nazirliyi aparatı, ARDNŞ – in Gürcüstan nümayəndəliyi və Marneuli munisipalitetinin yerli özünüidarəetmə hakimiyyəti tərəfindən dəstəklənib. Həmçinin Azerbaycan və Gürcüstan televiziyalarında ve mətbuat orqanlarında yayımlanıb.