Gənc donorlar üçün Qış Universiteti yekunlaşdı

Gənc donorlar üçün Qış Universiteti yekunlaşdı
GƏNCLİK
21:23 04.03.2012
1928

Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012” -in iştrakçılarını Gürcüstanın bir sıra nazirliklərində və Prezident Administrasiyasında gəbul ediblər.

AZXEBER.COM-un məlumatına görə, layihənin sonuncu günü, 1 mart tarixində, Gürcüstan Respublikasında baş tutan Gənc Qan Donorları üçün Qış Universitetinin iştrakçılarını Gürcüstanın bir sıra nazirliklərində və prezident administrasiyasında gəbul ediblər.

Həmin gün gənc qan donorlar proqrama uyğun olaraq ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər. Daha sonra gənclər Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Gürcüstan Respublikasının Prezident Adminstrasiyasındakı görüşlərdə iştirak ediblər.

İlk öncə Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərinin mərkəzi hissəsində yerləşən Heydər Əliyev parkında ulu öndərin büstü ziyarət edildi. Mərasimdə hər iki tərəfin səlahiyyətli nümayəndələri iştirak etdilər. Büstün ziyarəti əklilin qoyulması ilə yekunlaşdı.

Gürcüstan Respublikasının Ədliyyə Nazirliyindəbaş tutan görüşdə isə nazirliyin Ədalətin Təmin Edilməsi Departamentinin prokuroru Korrupsiya ilə mübarizə mövzusunda seminarı açıq elan etdi. Seminar respublikada yaxın 10 il ərzində Ədliyyə sahəsində görülən islahatlardan bəhs edirdi. Seminarın sonunda prokuror gəncləri maraqlandıran sualları səmimi şəkildə cavablandırdı və görüş nazirlikdə ekskursiya ilə sona çatdı. Gənclər daha sonra Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində görüşə qatıldılar. Görüş nazirliyin əməkdaşının Daxili İşlər Nazirliyinin binası haqqında məlumat verməsi ilə başladı və seminarla davam etdi. Seminarın mövzusu “Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində reformlar” idi. Seminar müvafiq sahə üzrə respublikanın illər üzrə statistik məlumatları, əldə olunan nailiyyətlərdən bəhs edirdi. Öz effektini qısa müddət ərzində göstərən praktikadan bəhs edən seminar gənclərin böyük marağına səbəb oldu.

Görüş yekunlaşdıqdan sonra gənclər günün ən çox marağa səbəb olan və böyük səbirsizliklə gözlənilən məkanına- Gürcüstan Respublikası Prezident Adminstrasiyasına yola düşdülər. Adminstrasiyanın səlahiyyətli şəxsi binanın strukturası haqqında məlumat verdi və Prezident Mixail Saakaşvilinin hədiyyələr muzeyi ilə tanış etdi. Sonda gənclərə Prezidentin şəxsi hədiyyələri təqdim olundu.

Xatırladaq ki “Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012”-nin rəsmi açılışı 28 fevral tarixində baş tutub. İştrakçılar iki gün ərzində müxtəlif mövzularda təlim keçiblər, layihənin ikinci günü həmçinin iştrakçılar Xocalı faciəsini yad edib, gürcüstanda və azərbaycandan olan gənclərə Xocalı soyqırımı ilə bağlı dolğun məlumat verilib.

“Gənc qan donorları üçün qış universiteti , Gürcüstan 2012” ”Marneuli Gənclər Mərkəzi” (Gürcüstan), “Qan Donorları Assosiasiyası” (Azərbaycan Respublikası) və “Gənclərin Töhvəsi” İctimai Birliyi (Azərbaycan Respublikası) tərfindən təşkil olunub və Azərbaycan təşkilatlarının ölkədən kanar həyata keçirdiyi ilk “Qış Universiteti”-dir.

Layihə, Azərbaycan Respublikasının İdman və Gənclər Başİdarəsi, Gürcüstanın Reinteqarsiya məsələləri üzrə dövlət nazirliyi aparatı, ARDNŞ – in Gürcüstan nümayəndəliyi və Marneuli munisipalitetinin yerli özünüidarəetmə hakimiyyəti tərəfindən dəstəklənib. Həmçinin Azerbaycan və Gürcüstan televiziyalarında ve mətbuat orqanlarında yayımlanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib