'Gənc elçi' Aytək Məmmədli: 'Cənab Prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam' - FOTOLAR

GƏNCLİK
19:00 24.11.2014
10327

AZXEBER.COM-un "Gənc elçi" rubrikasının qonağı Türkiyə Qazi Universitetinin “İrəli texnologiyalar-Nano texnologiya Mühəndisliyi və Orqanik kimya” ixtisasları üzrə magistrı, Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı”nın sədri Aytək Məmmədlidir. 

- Aytək, ilk olaraq özünü oxucularımıza tanıdardın...

- Mən, Məmmədli Aytək Natiq qızı 1991-ci il sentyabr ayının 2-də Bakı şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşam. Məktəbdə oxuyarkən təhsil şöbəsinin nəzdində texniki yaradıcılıq mərkəzində dərnəyə yazılmışdım. Dərnəyin ən fəal üzvlərindən olmaqla, Gənclər və İdman Nazirliyinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi “Gənc texniklər” müsabiqəsinin respublika turunda iki il ardıcıl olaraq iştirak etdim. Bir dəfə birinci yerə, bir dəfə də ikinci yerə layiq görüldüm və musabiqəyə qatılmaq üçün hazırladığım cihazların hamısı ixtira kimi qeydiyyata alınıb. Bununla yanaşı Uşaq və Gənclər Şahmat-İdman məktəbində şahmat yarışlarına qatılmışam, birinci dərəcəli şahmatçı titulum da var. Şeirə də marağım böyük olub. Rayonun ictimai tədbirlərində özüm yazdığım şeirlərimlə dəfələrlə çıxış etmişəm.Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək ,elə həmin il Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağım olub 10 və 11-ci sinifdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak etmiş, 2-ci və 3-cü yerə layiq görülmüşəm. BDU-da oxuyarkən həm ictimai fəallığım, həm də müvəffəqiyyət göstəricilərim nəzərə alınaraq universitetin rektorluğu tərəfindən “İlin ən yaxşı tələbəsi” adına da layiq görüldüm. 2013-cü ildə BDU-nun kimya fakültəsini müvəffəqiyyətlə başa vurdum. Təhsilimi davam etdirmək üçün ALES proqramı üzrə Türkiyənin İstanbul şəhərində müvəffəqiyyətlə imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazandım. Ankara Qazi Universitetində “İrəli texnologiyalar-Nano texnologiya Mühəndisliyi və Orqanik kimya” ixtisasları üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurdum. Hər iki ixtisas üzrə təhsilimi davam etdirə bilərdim. Seçdiyim ixtisasların hər ikisi maraq çərçivəmə yaxın olduğundan heç birindən imtina etmək fikrim olmadı. Universitet rəhbərliyinin razılığı ilə hər iki ixtisas üzrə magistr təhsili almağa qərar verdim.

- Necə oldu ki, Türkiyədə oxumaq qərarına gəldin?

- Bu misalı bütün müsahibələrimdə qeyd edirəm. Uşaq olarkən həmişə nənəm deyərdi ki, hər kəs öz valideynindən bir addım qabağa getməlidir ki, inkişaf olsun. Nənəm Fəridə xanım hələ o vaxt ali təhsilli riyaziyyat müəlliməsi olub, yaşadığı regionun ilk ali təhsilli xanımlarından idi. Anam isə bu ənənəni davam etdirib və əvvəl Bakı Dövlət Universitetini bitirib, daha sonra elmi işlərini Moskva Dövlət Universitetində müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru adını qazanıb. SSRİ-də ən gənc elmlər doktoru olduğu üçün mənzillə də mükafatlandırılıb. İndi mən də sadəcə üzərimə düşən məsuliyyəti uğurla icra etməyə çalışıram. Bu uğurları davam etdirmək lazımdır və düşünürəm ki, bu yolda xaricdə təhsil almaq kimi çətinlik olmamalıdır.Həmçinin mənim təhsil aldığım ixtisas bizim ölkədə tədris olunmur və tədris olunmursa mən xəyallarəmdakı ixtisasdan imtina edə bilməzdim. Məni Türkiyəyə gətirən əsas səbəb Nanotexnalogiyadir.Əslində bizim xaricdə təhsil ənənəmiz 11 il bundan qabağa, əmim qızının Fransada təhsili ilə başlayıb və hal-hazırda Amerikada Almaniyada yaşayan əmim qızları ilə hər birimiz bunu uğurla davam etdiririk.

- Türkiyədə təhsil sənə nə qazandırdı?

- Öncə onu deyim ki, Qazi Universiteti Türkiyədəən çox etimad olunan universitetlərdən biridir. Burada bütün ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə nanotexnologiya ixtisasının tədris imkanı olan 4 universitetdən biridir Qazi Universiteti Atatürkün şərəfinə belə adlandırılıb. Deyəsən, mənim qismətimə öndərlərin adı ilə bağlı universitetdə oxumaq yazılıb. Ümummilli liderimiz, Azərbaycan xalqının və türk dünyasının böyük oğlu Heydər Əliyev də öz adını BDU-nun tarixinə qızıl hərflərlə yazdırıb. Burda sevdiyim və vətənim üçün lazim olan ixtisasi oxumaq şansı əldə etmişəm. Hal - hazirda bu dünyada mənim üçün qazana biləcəyim ən böyük uğurdur.Oxuduğum fakultədə laborant kimi çalışıram. Hal - hazırda bu il beş bakalavr tələbə diplom üçün kimi mənimlə labaratoriyada çalışır.Başqa ölkədən gəlib bunları etmək elə də asan deyil. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxsı şəkildə bu ixtisası tədris etmək istəyirəm.

- Azərbaycan və Türkiyə təhsilinin ortaq və fərqli cəhətləri nədir?

- Bakalavr təhsilini Azərbaycanda almış tələbələr burda çox yüksək uğurlar əldə edirlər. Bu o deməkdir ki, bizdə təhsil ,insanların dünya görüşü çox yüksəkdir.Lakin bizdə təhsilin inkişaf tendensiyasi biraz zəifdir ,yəni kəşflərdən ,ixtiralardan demək olar ki dərslərdə söz açilmir. Bəzi müəllimlərin dərsə, tədris etdiyi ixtisasa ,öyrətməyə həvəsi azdir.Dünyanin hər yerində təhsilini yüksük səviyyədə tamamlayan azərbaycanlı gənclər diplom müdafiəmi də etdiyim kafedra müdirimiz Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun dediyi “ Pis tələbə yoxdu pis müəllim var” deyimini təsdiqləyir.

- Türkiyədə ictimai fəaliyyətlə də məşğulsan. Bu haqda danışardın. Bu günə kimi nə işlər görmüsüz?

- Ümumiyyətlə, məktəb vaxtlarımda dərnəklərdə məkdəbdənkənar müəssisələrdə , Respublika əhəmiyyətli tədbirlərdə çox aktiv olmuşam. Elektron məktəb lahiyyəsində videozəng vasitəsi ilə Cənab Prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam və o vaxt səsləndirdiyim orta məktəblərdə təhsili və nizam intizamı ilə fərqlənən şagirdlərə medal verilməsi məsələsi bu gün öz əksini tapir və bu çox sevindirici haldır. BDU-da təhsil aldığım müddətdə də Tələbə Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə Gənclər Təşkilatının fakültə sədri, sonralar layihələr departamentinin sədri olaraq çalışmışam. Bu gün də Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm, bir çox layihələrinin, liderlik məktəblərinin iştirakçısı, məruzəçisi və mükafatçısıyam. Hazırda fəaliyyəti Türkiyənin Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və Universitet rektorumuz Süleyman Büyük Bərbərin təşəbbüsü ilə təsis etdiyimiz “Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı”nın sədriyəm. Təşkilatın əsas məqsədi çoxmillətliliyi ilə seçilən Türkiyədə, ələxüsus bütün səfirliklərin yerləşdiyi , ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə ölkəmizin maddi-mədəni, tarixi sərvətini aşılamaqdır. Azərbaycanlı tələbələri təmənnasız Türkiyənin tarixi gəzməli, şəhərlərinə aparmaq, asudə vaxtını təşkil etmək təşkilatımızın qarşısında dayanan ən prioritet məsələdir və uğurla bu işi icra edib, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik. Milli bayram günlərimizi və matəm günlərimizi əlimizdən gəldiyi qədər işiqlandırırıq. Keçən il millət vəkillərinin siyasi - ictimai xadimlərin istirakı ilə gördüyümüz işlər mediada çox geniş işıqlandırıldı. Bu tədris ilində hörmətli millət vəkilimiz Sahib Əliyev tərəfindən başladılmış Azərbaycanı sevən tələbələrimiz tərəfindən davam etdirilən “ Girovlarimizi Azad Et (SaveAzeHostages) ” kompaniyasina qoşulduq və bunu Türkiyədə edən ilk biz olduq. Bundan başqa digər tələbələrimizdən fərqli olaraq bunu ilk dəfə Türkiyəli müəllimlərimiz və tələbə yoldaşlarımızla bərabər etmişik.Təşkilatımızın üzvləri tərəfindən müəllim və tələbələrə kompaniya, ermənilərin dəfələrlə Azərbaycana qarşı etdiyi zorakılıqlar, xalqımızın başının çəkdiyi bəlalar haqda məlumat verilib. Bir neçə gün öncə Türkiyə Böyük Millət Məclisində bir neçə millət vəkili ilə göruşdük və onlarla Türkiyə-Azərbaycan münasibətlərini müzakirə etdik. Önümüzdəki həftə Qardaş ölkənin Baş Naziri Əhməd Davudoğluyla görüşəcəyik, həmçinin Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında iştirak edəciyik.Təşkilatımızın gördüyü işlər barədə məlumat verəciyik. Bu bizim üçün yarimilin hesabatı qədər məsuliyyətli olacaq. Noyabr 28 də çox beş yüz nəfərlik zalda böyük bir tədbirimiz olacaq.Bundan başqa hal - hazırda azərbaycanlı tələbələrin kariyeri üçün pulsuz rus dili dərsləri ,marağı olan xarici tələbələr üçün Azərbaycan dili dərsləri,madi-mənəvi irsimizin davami üçün Azərbaycan milli rəqs məktəbinin son hazırlıq işləri gedir.Qazi universitetinin əsas korpusunda topluluğumuzun ofisi fealiyyət göstərir.Bəzən böyük işlər görürük deyə bizim hansısa fonddan maliyyələşdiyimizi düşünən insanlar olur,təbiki kömək edən qurumlar olsa sevinərik hələki hər şeyi özümüz öz imkanlarımız hesabına edirik. Vətəni fondsuzda, maliyyəsiz də sevmək, təbliğ etmək mümkündür.

- Bəzi gənclər xaricdə oxuyandan sonra ölkəyə dönmürlər. Səncə bu nə ilə bağlıdır?

- İnsan harda olur olsun Vətəni, milləti üçün yararlı olmalıdır. Mən bu suala obyektiv cavab verə bilməyəcəm çünki mən Azərbaycanı çoxdan daha çox sevirəm və ilk fürsətdə təhsilini uğurla bitirmiş gənc mütəxəsis kimi geri qayıdacam.Təssüf ki,bəziləri elə bilir ki,Azərbaycanda deyilsə azerbaycanlı deyil. Amma Azərbaycandan kənarda daha çox azərbaycanlı olmaq lazimdi. Azərbaycanı fərd-fərd ,qarış-qarış sevmək lazımdı. Əks təqdirdə millət olaraq nələrisə itirmək məcburiyyətində qalırıq və itiririk. İnsan dünyadakı heç nəyi ailədən,anadan ,Vətəndən artıq tutmamalıdır.

- Türkiyədə Azərbaycana münasibət necədir? Bir tələbə və aktiv gənc kimi səni qane edirmi?

- Bildiyiniz kimi, Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycana etdi. Bu addım iki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu gün Azərbaycanla Türkiyənin çox böyük tərəfdaşlıq, qardaşlıq münasibətləri var. Təsadüfi deyil ki, bütün istiqamətlərdə bu proses çox gözəl və səmərəli şəkildə aparılır. İstər təcrübə proqramında mübadilələr, istərsə bizim təşkilatımızın da tərəfdaşı olduğu Mövlanə və Erasmus proqramı ilə tələbələrin təhsil alma imkanlarının təşkili, neft və qeyri-neft sektorunda əməkdaşlıq bizi ən çox cəlb edən və gələcək inkişafa ruhlandıran əsas amillərdəndir.Həmçinin bizə xalq olaraq da çox hörmət edirlər , hər addım başı bu diqqət və qayğını hiss edirik. Onu da qeyd edim ki, Türkiyə xalqı son seçimlərlə tarixdə ən böyük qələbələrindən birini qazandı. Hər ölkəni siyasi böhrandan çıxarmaq, inkişafı səciyyələndirmək üçün siyasi liderlər şansdır. Bu gün Türkiyə bu lideri Ərdoğanın sayəsində qazandı. Təsəvvür edin ki, bu həm də Azərbaycan üçün necə böyük uğurdur. İki güclü qardaş ölkə və iki dünyanın hesablaşdığı lider - Türkiyədə Ərdoğan, Azərbaycanda İlham Əliyev!

- Çox vaxt belə fikir səslənir ki, türklər Azərbaycanlı qızlara çox diqqət göstərir və bu səbəbdən bizim qızlar türklərə meyl edir. Sən Türkiyədə yaşayan və oxuyan bir qız kimi bu haqda nə deyə bilərsən?

- Təbii ki, insan ailə həyatı quranda milli, irqi, siyasi ,dini mənsubiyyət nəzərə alınmamalıdır. Əsas sevgi və qarşılıqlı hörmətdir.Biraz türk oğlanlar kompleksiz olduqları üçün bizim qizlarda elə meyl hiss etmək olur.Amma ümumi götürəndə hələ görməmişəm ki, hansısa yerə öz gücü ilə ,zəhmətlə gəlmiş,yüksək səviyyədə təhsil almış xanım ailə qurduqda sadəcə onun əcnəbi olduğunu düşünərək belə qərar alsin.Türk oğlanların bizim qızlara meyl etmə səbəbi isə bizim xanımların gözəl,baxımlı olması ,kariyeradan əlavə ev işlərində də bacarığı və səbirli olmalıdır. Məncə ən yaxşı analar da elə bizim xanımlardı.

- Türk oğlanla ailə həyatı qurarsanmı?

- Mənim həyatdakı hədəflərim daha yüksəkdir, Doktoranturayla təhsilimi davam etdirmək istəyirəm.Və Azərbaycana geri qayıtmaq istəyirəm.Çünki küləklər şəhərinə aşiqəm.Hələ ki, digər məsələlər haqqında düşünməmişəm

- Son olaraq nə demək istərdin

- Gənclərimiz harada olmalarından asılı olmayaraq, azərbaycanlı olduqlarını unutmasınlar, yaxşı azərbaycanlı, yaxşı insan, yaxşı övlad və yaxşı vətəndaş olsunlar.Bu gün xaricdə təhsil aldıqda priaritet ixtisaslar seçsinlərki ,vətənimiz millətimiz üçün ən yaxsısını edə bilsinlər. Dövlətimizin, dövlətçiliyimizin cənab Prezidentimizin ətrafında sıx birləşsinlər. Xaricdə yaşadıqları müddətdə əl-ələ verib Vətənimiz üçün əllərindən gələn hər şeyi etsinlər, tarixi günlərimizi, milli adət-ənənəmizi unutmadan dünyaya inteqrasiya edib müasir dövrlə ayaqlaşsınlar və ümummilli liderimiz Heydər Əliyev dediyi kimi, həmişə fəxr etsinlər ki, azərbaycanlıdırlar!Hacıbəy Heydərli,AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR