“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsinə start verildi.

“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsinə start verildi.
MEDİA
18:08 15.07.2014
1805

İyul ayının 15 də Bakı şəhəri Divan Express Bakı otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə , Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsinə start verildi.

AZXEBER.COM xəbər verir ki,tədbirdə Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU - nun professoru, İctimai Teleradio şurasının sədri

Cahagir Məmmədli, BAMF sədri, KİV - in Azərbaycan Respublikası Prezidenti yanında KİV - in inkişafına dövlət dəstəyi fondunun şura sədri Umud Mirzəyev iştirakçıları salamlayaraq gənc jurnalistlərə və Yeni Media Məktəbi layihəsinin təşkilatşılarına uğurlar arzuladı və klassik media ilə Yeni media arasındakı fərqlər haqqında məlumat verdilər.

Açılışdan sonra “Yeni Medianın üstünlüyü və cəmiyyətdə yeri və rolu” adlı I paneldə Baymedia İnternet portalının rəhbəri Elçin Mirzəbəyli, DAY.Az və Trend Media şirkətlərinin direktor müavini Sevda Həmidova, Güney Qafqaz və orta Asiya Şəbəkəsi İctimai Birliyinin sədri Azər Həsrət, Caspian Barrel online jurnalının baş redaktoru İlham Şaban ekspert kimi çıxış edərək iştirakçlların Yeni Media ilə bağlı çoxsaylı suallarını cavablandırdılar.

“Gənclərin informasiya təminatında Yeni Medianın rolu” adlı II panelinin moderatoru Azəri Gənclər Alyansı İctimai Birliyinin sədri Leyla Məmmədli,

Azərbaycanda aktiv və tanınmış gənclər təşkilatlarının rəhbəhbərlərindən- Azərbaycan Könüllülər İctimia Birliyinin sədri İmaməddin Quliyev, Bakı

Beynəlxalq Tələbə Təşkilatını sədri Aysəba Umudlu, Azərbaycan Britaniya Məzunlar Birliyinin sədri Ramiz Babayev, Junior Achivment Azerbaijan

təşkilatının sədri Hökümə Babayeva, Azərbaycan Avropa Hərakatının sədri Ramin Hacılı, AAA təşkilatının idarə heyətinin üzvü Rövşən Nəcəfov çıxış edərək Yeni Medianın Gənc liderlərin inkişafındakı rolundan və bu istiqamətdə keçirdikləri layihələr haqqında məlumat verərək onları maraqlandıran sualları cavablandırdılar.

Bildirək ki, Gənc Jurnalistlərin Yeni Media Məktəbi” iyul ayının 19 – dək yekunlaşacaqdır. 

Layihənin sonunda 100 ə yaxın iştirakçılar sertifikatlar təqdim olunacaqdır.

OXŞAR XƏBƏRLƏR