Gənc könüllülər ulu öndərin xatirəsini anıblar - FOTOLAR

GƏNCLİK
22:00 12.12.2021
329
Azərbaycan könüllü təşkilatlarının rəhbərləri və könüllülər Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevi böyük sevgi və dərin hörmətlə yad ediblər.

Azərbaycan Gənclər Fondundan AZXEBER.COM-a bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında hər zaman qurucu və xilaskar dövlət xadimi kimi yaşayacaq. Ulu öndərin ölkəmizi bütün bəlalardan xilas edərək dinamik inkişaf yoluna çıxarması, Azərbaycanın əbədiyaşar liderinin layiqli siyasi varisi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı hərbi-siyasi qələbənin qazanılması könüllülər tərəfindən hər daim minnətdarlıqla xatırlanır. Bu qələbənin bünövrəsi məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirib.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin müxtəlif sahələrində başlayan inkişaf könüllülük sahəsində də öz sözünü deyib. Onun hakimiyyəti dövründə həmrəylik və sosial məsuliyyət ali dəyərlər kimi sistemləşdirilərək könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinə gətirib çıxarıb. Müdrik rəhbərin idarəçiliyinin ilk illərində hərtərəfli inkişaf məqsədilə bu sahədə əməkdaşlıq diqqət mərkəzində olub. 1998-ci ildə BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramı ilə birgə layihəsi nəticəsində artıq XXI əsrin əvvəllərində ölkədə güclü könüllü komandası formalaşdı və könüllülük dəyərlərinin geniş təbliğinə imkan yarandı. Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə könüllülük fəaliyyətinin cəmiyyətimizdəki dəyəri və önəmi bir daha təsdiqini tapdı.

Könüllülər memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycanın qalib gəncləri olduqları ilə iftixar hissi keçirir, dövlət rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR