Gənc mühəndislər üçün “Qış mühəndislik düşərgəsi” başlayır

Gənc mühəndislər üçün “Qış mühəndislik düşərgəsi” başlayır
GƏNCLİK
13:00 12.12.2013
1933

“Caspian Engineers Society” (CES) ənənəvi olaraq artıq VI “Qış mühəndislik düşərgəsi”ni elan edir.

AZXEBER.COM xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.Düşərgə hər il olduğu kimi bu il də gənc mühəndislərə tanınmış şirkətlərə ekskursiyalar, praktiki və nəzəri biliklər, səmimi əhatə və əyləncə vəd edir.

Tələbələrin akademik biliklərini real sənayeyə inteqrasiyasını təmin etmək, komanda daxilində işləmə bacarıqları aşılamaq, peşəkar mühəndislərin təcrübələrindən yararlanmaq, eləcə də müəyyən fərdi inkişaf keyfiyyətləri qazandırmaq məqsədilə təşkil olunan “Qış mühəndislik düşərgəsi” hər il olduğu kimi bu il də müsabiqə şəklində keçiriləcək.Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlkin mərhələdə onlayn müraciət formalarını göndərən namizədlərdən tələblərə cavab verən 100 iştirakçı seçilərək ikinci mərhələyə dəvət olunacaq. 12 yanvar 2014-cü il tarixində keçiriləcək 2-ci mərhələdə tələbələrin məntiq, ingilis dili və mühəndislik sahəsinə aid ümumi bilikləri yoxlanacaq.

Bu mərhələni uğurla keçən 35 tələbə 3-cü mərhələdə iştirak edə biləcək. 3-cü və son mərhələ olan müsahibə mərhələsi isə 19 yanvar 2014-cü il tarixində keçiriləcək. Bu mərhələni də uğurla keçən 25 tələbə “Qış mühəndislik düşərgəsi”ndə iştirak etmə hüququ qazanacaq.“Qış mühəndislik düşərgəsi”ndə adları qeyd olunmuş universitetlərin tələbələri iştirak edə bilərlər: Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və s. yerli universitetlər, Moskva Dövlət Universiteti (Bakı Filialı), Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatik Akademiyası Xaricdə yerləşən texniki universitetləri.“Qış mühəndislik düşərgəsi” 01-07 fevral 2014-cü il tarixləri arasında keçiriləcək. Bu müddət ərzində iştirakçıların BP, “Azersun”, “Schlumberger”, “Baker Hughes”, “Azercell” kimi şirkətlərə ekskursiyaları təşkil olunacaq, eləcə də peşəkar mühəndislər tərəfindən müxtəlif seminarlar keçiriləcək. Sonda iştirakçılara sertifikat təqdim olunacaq.Qeyd edək ki, müraciət üçün son tarix 5 yanvar 2014-cü il tarixinədəkdir. Əlavə məlumatları thecesworld.org saytından əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər