Şəki rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün rayonun Baş Göynük kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Arzuman Şabanov özünü fındıq ağacından asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.