Türkiyənin Mersin şəhərində universitet tələbəsi 20 yaşlı Özgecan Aslana təcavüz edilib və daha sonra isə yandırılaraq dərəyə atılıb.
Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 20 yaşlı Özgecanın ölüdürülməsinə etiraz əlaməti olaraq yürüyüş edən bir qrup qadın, küçəylə gedərkən gənc bir oğlan tərəfindən təhqir ediliblər. Bu zaman həmin qadınlar gəncə hücum edərək, onu döyüblər.