Mayın 2-də Bakıda sifarişlə qətlə yetirilən 21 yaşlı Almaniya vətəndaşı Vüsal Şilderin anası mətbuata açıqlamasında oğlunun Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi işləyən Taryel Ağayevin qızı ilə sevgili olduğunu deyib. Elə hər şey də bunun üstündə baş verib.
Şilderlə Lalə uzun müddət görüşüblər. Nə oğlanın, nə qızın valideynləri bu izdivaca razılıq verməyiblər. Lalənin qohumları və yaxınları bir neçə dəfə Vüsala "qızdan əl çək" xəbərdarlığı ediblər, hətta onu ölümlə də hədələyiblər. Taryel Ağayev Vüsalın valideynlərinə "mənim sizə veriləcək qızım yoxdur" deyə sonuncu xəbərdarlığını edib. Lalə başqa şəxsə ərə verilib. Amma bundan sonra gənclər yazışıblar. Bu il mayın 2-də isə Vüsal qətlə yetirilməklə yazışmalara son qoyulub.
Teleqraf.com xəbər verir ki, Lalə Ağayeva həmçinin bank sahibidir. Onun "Deka-Bank" ASC-də təxminən 10 faizlik payı var.
İnternetdə bank haqqında aşağıdakı məlumatları əldə edə bildik.
Ödənilmiş nizamnamə kapitalı 13417209 (on üç milyon dörd yüz on yeddi min iki yüz doqquz) manatdır. Bank tərəfindən 47970 ədəd adi, adlı,sənədsiz səhm emissiya edilib. Bir səhmin nominal dəyəri 259.30( iki yüz əli doqquz manat ottuz qəpik ) manatdır. Bankın səhmlərinin reyestr saxlayıcısı kimi Milli Depozit Mərkəzi çıxış edir. Səhmlərin depozit uşotu Milli Depozit Mərkəzi tərəfindən aparılır.
Səhmdarların tərkibi:
Fiziki şəxslər - 100% 1. 5015117 Ağayev Rəfail İsa oğlu 30.44 % 2. 5011002 Ağayeva Surraya Tariyel qızı 9.99 % 3. 5011004 Əli-zadə Vəfa Tariyel qızı 9.99 % 4. 5011009 Vəliyev Nıyazi Şaiq oğlu 19.61 % 5.5011005 Ağazadə Lalə Tariyel qIzI 9.99 % 6.5011003 Əhmədov Rahil Vaqİf oğlu 9.99 % 7.5011006 Hüseynov Azər Yunus oğlu 9.99 %
Adları çəkilən səhmdarlardan Suraya Ağayeva, Əli-zadə Vəfa, Lalı Ağazadənin hər birinin bankda 9.99 faizlik payları var. Niyazi Vəliyev isə Lalənin xalası oğludur. Cinayət işində Niyazi Vəliyevin də adı hallanır. Vüsala xəbərdarlıq edənlərdən biri də Niyazi Vəliyev olub.