27-31 avqust tarixlərində “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əsgərov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal gənc donoru Mədaim Rəhimli Mərakeş Krallığının Kasablanka şəhərində təşkil olunmuş Dünya Gənclərinin XIV Forumunda iştirak etmişdirlər.
Forum Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilib və forumun əsas məqsədi dünya gənc qan donorları arasında əlaqələri gücləndirmək, təcrübə mübadiləsinə dəstək olmaq və fəaliyyətin inkişafını tənzimləməkdən ibaratədir. Forum çərçivəsində azərbaycanlı heyət Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının prezidenti Gianfranco Massaro və Beynəlxalq Gənclər Komitəsinin sədri Alicia Simanetti ilə rəsmi görüş keçirmiş və gələcək müştərək layihələri də müzakirə etmişdirlər.
Artıq bir neçə ildir ki, Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının regionda ən fəal üzvü olan Qan Donorları Assosiasiyası dünya forumunda iştirak edərək ölkəmizi təmsil etmə hüququnu əldə edir və dünya təcrübəsindən faydalanaraq ölkədə qan donorluğunu genişləndirir. 4 gün davam edən forumda dünyanın bir çox ölkə gəncləri iştirak etmişdirlər.
Qeyd edək ki, ölkə təmsilçilərimizin dünya forumunda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə təmin olunmuşdur.
![](/file/pic/xeber/2014-09-04/55374.jpg)
![](/file/pic/xeber/2014-09-04/55375.jpg)
![](/file/pic/xeber/2014-09-04/55376.jpg)
![](/file/pic/xeber/2014-09-04/55377.jpg)
![](/file/pic/xeber/2014-09-04/55379.jpg)