Gənc qız dəhşətli qəzada öldü

MARAQLI
14:56 20.04.2022
473
Gənc pilot dəhşətli qəzada ölüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yük şirkəti üçün təyyarə ilə uçan pilot Britney İnfanger hava limanına doğru enərkən kartof emalı zavodunun damına çırpılıb.
 
İnfanger hadisə nəticəsində dünyasını dəyişib.
 
30 yaşlı pilotun təyyarəsi Aydaho ştatının Burley şəhərinə qədər uçub.
 
Hadisə yerinə sövq edilən xilasetmə qrupları 11 illik pilotun cəsədini tapıb. Britneyin pilot atası hava limanının bağlanmasını tələb edib. Yerli mediaya açıqlama verən ata bir çox pilotun ona Burley hava limanının nə qədər təhlükəli olduğunu söylədiklərini və yerli hakimiyyət orqanlarına hava limanının başqa yerə köçürülməsini xahiş etdiyini bildirib. Külək əsəndə enən təyyarələrin birbaşa fabrikin bacalarına doğru hərəkət etdiyini bildirən ata qızının öldüyü qəzanın da bu şəkildə baş verdiyini söyləyib.
 
Qeyd edək ki, həmin fabrik bacalarının hündürlüyü təxminən 20 metrdir və birbaşa hava limanının uçuş-enmə zolağının qarşısında yerləşir. ABŞ-da həm yerli, həm də federal aviasiya rəsmiləri qəzanı araşdırır.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR