Gənc qıza seksual orientasiyasına görə işgəncə verildi - “içindən cin çıxarıldı”

Gənc qıza seksual orientasiyasına görə işgəncə verildi - “içindən cin çıxarıldı”
DÜNYA
23:22 21.01.2020
5617
22 yaşlı Qroznı sakini Aminat Lorsanova Rusiya İstintaq Komitəsinə ərizə ilə müraciət edərək, öz valideynlərinə, valideynlərinin dostlarına və Boev adına Psixoloji Xəstəliklər Klinikasının həkimlərinə qarşı cinayət işinin açılmasını tələb edir. Onun sözlərinə görə, 2018-ci ildə o, seksual orientasiyasına görə iki dəfə eyni xəstəxanada bir aydan çox işgəncələrə məruz qalıb. Bu barədə Rusiya-nın LGBT şəbəkəsi xəbər verib. Rusiya istintaq komitəsi isə məlumatla bağlı heç bir məlumat verməyib.

AZXEBER.COM Milli.az-a istinadən bildirir ki, ilk dəfə 2018-ci ilin avqustunda Qroznıdakı klinikaya göndərilən Aminat 25 gün orada qalıb. Bundan sonra o, daha dörd ay Qroznıdakı Respublika psixonevroloji dispanserində keçirib. Aminat iddia edir ki, bu müddət ərzində atasının tanışı onu bir neçə dəfə Quran oxuya-oxuya taxta çubuqla döyüb. Aminatın dediyinə görə o bütün bunları "onun cin içindən çıxartmaq" üçün edib.

"O, günəş pleksusuma çubuqla vururdu, əynimdəki köynəyi qaldırıb barmaqları ilə oranı sıxırdı. Daha sonra o ətəyimi endirib, həmin nahiyəni də sıxırdı. Bütün bunlar dəhşətli ağrılar və onun mənim sağ qulağıma dua oxuması ilə keçirdi. Anam və atam prosesi sakitcə izləyirdi. Hətta mən köməyə çağırıb, buna son qoymalarını istəyəndə belə, onlar heç nə etmədilər" - deyə, Aminat bildirib.

Bundan başqa, qızın sözlərinə görə, atası ona 2018-ci ilin sonunda azı altı dəfə zorla trankvilizator iynəsi vurub.

"Atam əllərimə qandal vurub, ayaqlarımı və ağzımı yapışqan lentlə bağlayırdı. O, mənimlə heyvan kimi rəftar edəcəyini deyirdi" - deyə zərərçəkən qeyd edib. "Bundan sonra atam zorla mənə xlorpromazin iynəsi vuraraq yatızdırırdı. Ayaqlarımı belə açmadan, əllərim və ayaqlarım bağlı, üzü divara bir vəziyyətdə yatırdım", o deyib.

Aminat Lorsanova 2019-cu ilin aprelində Çeçenistanı tərk edib. Rusiyanın LGBT şəbəkəsi isə ona ölkəni tərk etməyə yardım edib. Rusiyanın LGBT şəbəkəsinin təcili yardım proqramının koordinatorunun sözlərinə görə, Lorsanovaya kömək etdikləri üçün 2019-cu ilin 17 mayında naməlum şəxslər könüllülərdən birinin mənzilinə girib və hədə-qroxu gələrək sorğu-sual ediblər. Onlar könüllünü fiziki zorakılıq və qətllə hədələyərək Aminatı və proqramın koordinatorunu axtardıqlarını qeyd ediblər.

Rusiyanın LGBT şəbəkəsinin məlumatına görə, "cinlərin bədəndən çıxarılması təcrübəsi" həm Çeçenistanın özündə, həm də respublikadan kənarda yaşayan çeçen ailələrində LGBT+ üzvləri üzərində geniş tətbiq olunur. Rusiyanın LGBT şəbəkəsindən Veronika Lapina könüllülərin yardım etdiyi 30-dan çox gənc qadının bu təcrübədən əziyyət çəkdiyini bildirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb