Gənc rəssamlar 'Şuşaya Azadlıq' kampaniyası çərçivəsində bir araya gəldi

GƏNCLİK
17:37 08.05.2013
1435
Bu gün “28 May” Ticarət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şuranın ötən ildən başlamış “Şuşaya Azadlıq” kompaniyası çərçivəsində gənc rəssamların işğala həsr edilən əsərlərinin sərgisini və ildönümü ilə bağlı açıq müzakirə aksiya keçirib.AZXEBER.COM-un məlumatına görə, tədbirdə millət vəkilləri Çingiz Qənizadə, Sevinc Hüseynova, Məlahət İbrahimqızı və Sədaqət Paşayeva iştirak ediblər. Eyni zamanda QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Yadigar Məmmədli, Rəfail Becanov, Alyansın baş katibi Xanoğlan Əhmədov, Milli QHT forumun Prezidenti Rauf Zeyni və Şuşa şəhər icra hakimiyyətinin birinci müavini Vüsalə Axundova iştirak edib.Millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında qeyd etdi ki, Şuşaya dəstək kompaniyası güclü şəkildə davam etdirilir və bununla bağlı olaraq “Şuşaya Azadlıq” Beynəlxalq Kompaniyası öz işini görür.''Şuşaya Azadlıq' Beynəlxalq Kompaniyası təkcə Azərbaycanda deyil, Azərbaycanın hüquqlarından kənarda da hər kəsin qulağına gedib çatmalıdır. Hər bir ölkənin vətandaşı bilməlidir ki, Azərbaycanın bu cür nüfuzlu dünya ictimaitinə, dünya siviliziyasıyasına çox böyük töhvələr vermiş bir şəhər 21 ildir ki, erməni işğalı altındadır. Ona görə də mən bugünkü, tədbiri çox yüksək qiymətləndirirəm. Bilirsiz ki, bir il bundan qabaq Prezident yanında dövlət QHT-lərə dəstək şurası “Şuşaya Azadlıq” Beynəlxalq Kompaniyası”-na start vermişdir və bu gün də QHT alyansı bu təşəbbüsə qoşuldu. Bunu bir daha biz Azərbaycan ictimaiyyətinə, Azərbaycan gəncliyinə çatdırmağa çalışdıq. Və hesab edirəm ki, hər bir kəs bu kompaniyaya qoşulsa, bunun bir çox müsbət nəticələri olar''Millət vəkili onuda qeyd etdi ki, erməni tərəfi Beynəlxalq Tədbirlərdə işğal altında olan torpaqlar haqqında mövzu açılmasını irad tutur. O bunu erməni siyasətinin işğal olunmuş torpaqları unutmaq istəyi ilə əlaqələndirdi.“Erməni dairələri Qarabağı, Şuşanı unutdurmağa çalışırlar, hər hansı beynəlxalq tədbirdə bu mövzuya toxunan zaman siz bu mövzu haqqında danışmayın deyirlər. Amma Azərbaycan ictimaiyyəti buna tam əks olaraq bu kompaniyaları davam etdiri və ermənilərin bu siyasətini ifşa etdirir”.

OXŞAR XƏBƏRLƏR