Gənc sahibkarlar dünya kuboku üçün yarışdı - FOTO

GƏNCLİK
12:24 31.08.2020
176
Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə 29-30 avqust tarixlərində "2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı” keçirilib.

AZXEBER.COM xəbər verir ki, yarış "Enactus”un prezidenti - Reyçel Jaroş, Azərbaycan Gənclər Fondunun icraçı direktoru - Fərid Cəfərov, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti – Bəxtiyar Aslanbəyli və "Enactus” Azərbaycanın ölkə üzrə rəhbəri Faiq Məmmədovun açılış nitqləri ilə başlayıb.

Ötən illərdən fərqli olaraq, ali təhsil müəssisələrinin "Enactus” komandaları çalışdıqları layihələrin təqdimatlarını münsiflər heyəti qarşısında onlayn formatda həyata keçiriblər. 30-dan çox dövlət və özəl qurumlardan olan münsiflər heyətindən ibarət yarışda 16 komanda gərgin mübarizə aparıb. Liqalardan ibarət olan yarışın hər liqasında seçilən dörd finalçı komandaların çıxışları Enactus Azərbaycanın İdarə heyəti tərəfindən qiymətləndirilərək, qalib müəyyən edilib.

Bu ilki yarışın qalibi seçilən Bakı Dövlət Universitetinin komandası cari ilin sentyabr ayında virtual keçiriləcək Enactus Dünya Kubokunda "Enactus-2020” dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. Eləcə də, müstəqil ekspertlər tərəfindən seçilən ikinci yerin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası, üçüncü yerin qalibi Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları mükafatlandırılıblar.

Qeyd edək ki, 1975–ci ildə ABŞ-da təsis edilən "Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçı toplayaraq, 2 milyondan çox insanın həyatını dəyişərək, cəmiyyətə öz töhfələrini verib.

Əsas məqsədi gənclərin nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə dəstək göstərmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək olan "Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

22:05 22.10.2020

Şair İsmayıl Dadaşov vəfat edib

21:48 22.10.2020

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

21:22 22.10.2020

Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:16 22.10.2020

Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat

21:15 22.10.2020

"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

20:56 22.10.2020

Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"

20:50 22.10.2020

“Ermənistan və Azərbaycan bizim üçün bərabər tərəfdaşdır” - Putin

20:38 22.10.2020

Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb - FOTO