Gənc Sahibkarların IV Forumu keçirildi - FOTOLAR

GƏNCLİK
13:27 17.11.2023
1494
Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "Bakı KOB evi”ndə Gənc Sahibkarların IV Forumu keçirilib.

AZXEBER.COM xəbər verir ki, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirdə 100-dən çox sahibkar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startap, habelə biznes fəaliyyətinə marağı olan gənclər iştirak edib.

Forum Azərbaycanda sahibkarlığın inkişafında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilmiş "Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, gənclər arasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti, gənclərin sahibkarlıq təşəbbüslərində innovativ yanaşma, ölkəmizdə sahibkarlıq ekosisteminin inkişafında gənclərin rolunun, sahibkarlığa marağı olan gənclərin bilik və bacarıqlarının artırılması, gənclərin müasir əmək bazarının çağırışlarına adaptasiyası, onların potensialının üzə çıxarılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.

Forumda həmçinin, Qlobal Sahibkarlıq Həftəsinin həmtəsisçisi və Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmansın video mesajı da dinlənilib.

Tədbir çərçivəsində təşkil olunan "Sahibkarın qeyd dəftəri: Sabaha hesablanan yatırımlar” mövzusunda panel müzakirədə Gənclər Fondunun, "İnnovasiyalar Mərkəzi” MMC-nin, Dövlət Vergi Xidmətinin, "Caucasus Ventures” Fondunun, "SABAH.HUB İnnovasiya Mərkəzi”nin nümayəndələri tərəfindən gənclər sahibkarlarlıq sahəsində yeniliklər və dövlətin güzəştləri barədə məlumatlandırılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə artıq dördüncü dəfə təşkil olunan və ənənə halını alan Gənc Sahibkarlar Forumunun başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinə dəstək olmaq, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.
 
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib