“Gənc xanımların uğur formulu” adlı layihə həyata keçiriləcək

GƏNCLİK
16:40 15.03.2014
1840

Bu gün Azərbaycanda qadınların ictimai sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər keçirilir. Dövlətimizin qayğısı sayəsində gender bərabərliyi qorunmaqdadır və qadınlar ictimai sahədə kişilərdən geri qalmır, eyni zamanda bu sahədə fəal iştirak edirlər.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə elan etdiyi C kateqoriyası üzrə “Gənc xanımların uğur formulu” adlı layihə həyata keçiriləcək.

4-5 aprel 2014-cü il tarixlərində baş tutacaq layihənin məqsədi cəmiyyətdə gənc istedadlı xanımları aşkar etmək, gənc xanımlarda ictimai sferaya maraq oyatmaq və onları bu sfera ilə yaxından tanış etməkdir.

Layihə çərçivəsində ölkəmizdə uğur qazanmış xanımlar öz təcrübələrini iştirakçılarla bölüşəcək və töhfələrini verəcəklər.

Layihədə iştirak etmək istəyən gənc xanımlar 25 mart 2014-cü il tarixinə kimi CV-lərini [email protected]/* */ mail adresinə göndərərək müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR