Gənc yazardam 'Nisgilli dünyam' - FOTOLAR

MƏDƏNİYYƏT
08:55 06.02.2013
2599

Gənc və istedadlı yazar Nəzakət Nəmanın şeirlər toplusu çapdan çıxıb.AZXEBER.COM-un məlumatına görə, “Nisgilli dünyam” adlanan kitabda Nəzakət xanım Vətəndən, sevgidən, həyatın acısı və şirinindən bəhs edib. Ata nisgili yaşayan N.Nəman bu mövzuya üstünlük verib.Sözügedən kitaba Qəbələ şəhərində təqdimat mərasimi keçirilib. Tədbirdə əməkdar incəsənət xadimi Baba Vəziroğlu, istedadlı şair Samir Əfsəroğlu, eyni zamanda rayonun tanınımış ədibləri, ictimai xadimləri iştirak edib. Kitabdan tanış olduqları şeirlərə müsbət rəy bildiriblər.

Qeyd edək ki, “Nisgilli dünyam”a yazarın 94 şeiri və bir poeması daxildir. Yüksək tirajla buraxılan kitaba maraq böyükdür. Nəzakət xanım yaxın aylarda növbəti kitabının işıq üzü görəcəyindən xəbər verdi. Gənc yazar oxucularına yeni şeirlərlə yanaşı, hekayələr də vəd etdi.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR