Gəncə 2016-cı il Avropanın Gənclər Paytaxtı adını qazanması münasibəti ilə yürüş keçirilib

GƏNCLİK
10:00 23.11.2013
1429

Avropa Gənclər Forumunun hər il təşkil etdiyi müsabiqədə Gəncə şəhəri 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilib və noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə Gəncə seçim turunun qalibi elan olunub.

AZXEBER.COM xəbər verir ki, bu xoş xəbər münasibəti ilə bu gün Gəncədə gənclərin yürüşü keçirilib.

Şəhərdə ali təhsil müəssisələrinin tələbələri, Gənclər təşkilatlarının nümayəndələri, Qeyri Hökumət Təşkilatlarının üzvləri qələbə sevincini bildirmək üçün şəhər in mərkəzi prospektləri boyunca yürüş ediblər.Gənclər Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı elan olunmasının şəhər üçün əlamətdar bir hadisə olduğunu, şəhərin tanıdılmasında mühüm əhəmiyyətə malik olduqlarını bildiriblər.Gəncənin Mərkəzi meydanında şəhərin Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə mitinq və konsert proqramı da təşkil edilib. İncəsənət ustaları vətənpərvəlik mövzusunda mahnılar oxuyublar.Çıxış edənlər Avropanın Gənclər paytaxtı seçilməsində əməyi olanlara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Gəncə artıq neçə ildir, yerli və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və şəhər bu yöndə də böyük təcrübəyə malikdir.Qeyd edək ki, Avropa Gənclər Paytaxtı olmağa namizəd şəhərini irəli sürənlər sırasında Azərbaycan yeganə ölkədir ki, Avropa İttifaqına daxil deyil. Gəncəli gənclər şəhərlərinin Avropa Gənclər Paytaxtı olması üçün vaxtaşırı toplanıb və qədim şəhərin mövcud potensialının tanıdılması üçün maraqlı tədbirlər keçiriblər.Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi şəhərimizdəki gənclərin təşəbbüslərinin və beynəlxalq əlaqələrin inkişafı üçün növbəti bir təkan olacaq. Həmçinin regionda sosial və iqtisadi fəaliyyət də artacaq.Qeyd edək ki, “Gənclər paytaxtı” adı, 2009-cu ildən təsis olunub və bu statusa namizədliyini verən şəhərə, Avropa Gənclər Forumu tərəfindən bir il müddətinə verilir və həmim il bu şəhərlərdə mədəni, siyasi və sosial sahədə müxtəlif tədbirlər keçirilir.Həmin titulu ilk dəfə Hollandiyanın Roterdam şəhəri qazanıb. 2013-cü il üçün Avropanın Gənclər Paytaxtı Sloveniyanın Maribor , 2014-cü ildə Yunanıstanın Saloniki, 2015-ci ildə isə Rumıniyanın Napoco şəhərləri seçilib.

OXŞAR XƏBƏRLƏR