Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə cari il 6 mindən çox şagird birinci sinfə gedəcək.
"Report"un Qərb bürosunun məlumatına görə, sözügedən məktəblərdə birinci sinfə başlayacaq şagirdlərin sayı 6 265 nəfərdir.
Qeyd edək ki, yeni tədris ilində adı çəkilən region üzrə 6 378 şagird isə 11-ci sinifdə təhsil alacaq.