Gəncə gəncləri “Qarabağ Azərbaycandır” dedi – FOTOLAR

Gəncə gəncləri “Qarabağ Azərbaycandır” dedi – FOTOLAR
GƏNCLİK
22:45 08.11.2021
5142
"İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) nümayəndə heyəti Vətən müharibəsindəki qələbəmizin birinci ildönümü münasibəti ilə həyata keçirdiyi "Zəfər görüşləri” layihəsi çərçivəsində Gəncə şəhərində səfərdə olub.

Səfər çərçivəsində İGİB heyəti Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin rəhbərliyi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman şəhidlərimizin ruhuna dualar oxuyub.

Daha sonra Gəncə Gənclər Evində "Zəfər görüşləri” adlı konfrans keçirilib. Konfransda Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi  rəsmisi Rəşad Əlizadə, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı,  Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, politoloq Əhməd Şahidov və digər fəallar iştirak edib. Konfransda Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı keçdiyi yola nəzər salınıb. Çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı 44 günə işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Çıxışçılar bildiriblər ki,  Azərbaycan gəncləri Vətən müharibəsi sınağından üzü ağ çıxıblar. Gənclərimiz həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya savaşının döyüşçüsü kimi  torpaqlarımızın işğaldan azad edilməsi prosesində ön sıralarda qərar tutublar. Qeyd olunub ki, müharibə hərbi müstəvidə bitsə də, informasiya mübarizəsi cəbhəsində hələ də davam etməkdədir. Natiqlər bildiriblər ki, düşmən hər ötən gün informasiya sahəsində yeni təxribatlara və provakasiyalara əl atmaqdadır. Qeyd olunub ki, gənclər müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin,  işğaldan azad olunmuş Qarabağda görülən sürətli abadlıq-quruculuq işlərinin təbliği, eyni zamanda düşmənin informasiya təxribatlarının qarşısının alınması üçün daha ciddi və profesional şəkildə çalışmalıdırlar.  Konfransda çıxış edən digər natiqlər də bu istiqamətdə görüləcək işlər və həyata keçirilməli olan strategiyalar ətrafında fikirlərini, təkliflərini bölüşüblər.

Konfransın sonunda ekspertlər və Gəncə gəncləri birlikdə "Qarabağ Azərbaycandır” deyərək 8 noyabr-Zəfər gününü təbrik ediblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"