Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət ediblər - FOTO

GƏNCLİK
12:17 25.06.2021
1185
"Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 103-cü illiyi ilə əlaqədar olaraq regionlardan olan bir qrup Vətən müharibəsi qazisinin iştirakı ilə Bakı şəhərində silsilə tədbirlər həyata keçirilib.

Gəncə, Mingəçevir, Şəki və Şamaxıdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib. Səfər çərçivəsində I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub, həmçinin rəsmilərlə görüşü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər Xiyabanı və II Fəxri Xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ziyarətlərin davamında qazilərlə rəsmilərin iştirakı ilə qeyri-rəsmi formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Naqif Həmzəyev, Müşviq Cəfərov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Tofiq Əzizov iştirak ediblər. Rəsmilər çıxışlarında builki tədbirin özəlliyini vurğulayaraq müasir müstəqillik tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə və ərazi bütövlüyümüzün bərpası fonunda qeyd olunduğunu diqqətə çatdırıblar. Natiqlər tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, post-münaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, həmçinin Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi barədə danışıblar.

Günün yekununda isə qazilərin və könüllü gənclərin iştirakı ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunub.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib. Növbəti günlərdə digər regionlardan olan qazilərin də Bakıya səfərlərinin təşkili nəzərdə tutulur.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:29 25.09.2021

Leyla Şıxlinskayanın obyektində olay: İşçisi həbs edildi

16:18 25.09.2021

FHN əhaliyə bu günlərlə bağlı xəbərdarlıq etdi: Qaydalara ciddi riayət edilməlidir

16:15 25.09.2021

Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri toplanıb - RƏSMİ AÇIQLAMA

16:08 25.09.2021

Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı

16:03 25.09.2021

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı HESABAT

15:57 25.09.2021

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

15:56 25.09.2021

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir - VİDEO

15:49 25.09.2021

Prezident: "Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

15:26 25.09.2021

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

15:09 25.09.2021

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olundu

15:00 25.09.2021

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

14:45 25.09.2021

Bakıda öldürülən müğənninin qətlinin təfərrüatı məlum oldu

14:37 25.09.2021

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

14:24 25.09.2021

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur"

14:16 25.09.2021

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”