Gəncədə gecə saat 1 radələrində Nəriman Nərimanov prospektində döyülmə faktı qeydə alınıb.
AZXEBER.COM Kəpəz TV-yə istinadən bildirir ki, həmin prospektdə yaşayan 57 yaşlı Bilal Həsənov qonşusu tərəfindən qəddarcasına döyülüb. Xəsarət alan Həsənov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti stabil-ağır kimi qiymətləndirilir. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.