Gəncə şəhər İcra Hakimiyyəti ulu öndərin anım gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

SİYASƏT
18:30 11.12.2013
1735

11 dekabr 2013-cü ildə YAP Gəncə şəhər Təşkilatının Qərargahında Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri,YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti və Şura üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı Elmar Vəliyev sözünə davam edərək, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə böyük məhəbbətlə doğma xalqının xoşbəxt gələcəyini təmin edən, onun işıqlı arzularını gerçəkləşdirən ulu öndər Heydər Əliyevin mənalı həyatından və misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi bir yol qət edərək, zamanın çətin sınaqlarından şərəflə çıxıb, sabit, davamlı inkişaf yolunu müəyyənləşdirib. Ümummilli liderin zəngin və müdrik siyasi kursunun uğurları ölkəmizi regionda qüdrətli və güvənli dövlətə çevirib.

Hələ sovetlər dönəmində Azərbaycan müstəqil ölkə olmasa da, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin səyləri nəticəsində neft sənayesinin və onunla bağlı digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün addımlar atılıb.

Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının müəllifi dahi şəxsiyyət Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədə gördüyü işlər genişmiqyaslıdır. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib.

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən ulu öndərimiz Heydər Əliyev öz vədinə sadiq qalaraq, ömrünün sonunadək doğma xalqına, Vətəninə fədakarlıqla xidmət etdi.

Uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qədim Gəncə şəhərinə, gəncəlilərə tükənməz qayğı və diqqət göstərib. Onun siyasi kursunun həyata keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində şəhərimiz inkişaf edərək, respublikamızın ikinci böyük sənaye və mədəniyyət mərkəzinə çevrilmiş və bu gün Avropa standartları səviyyəsində tanınan gözəl şəhər olub.

Ulu öndərimiz xüsusən gələcəyimiz olan gənclərə böyük ümidlər bəsləyir və onların səmərəli fəaliyyətinə geniş imkanlar yaradırdı. Ölkə başçısı cənab İlham Əliyev ümummilli liderimizin ənənələrini davam etdirərək, gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir, proqram və sərəncamlar imzalayır. Gəncə gəncləri də gənclər siyasətinin uğurlarından bəhrələnir və ulu öndərimizin siyasi kursuna sadiqlik nümayiş etdirir, ölkəmizdə gedən ictimai-siyasi proseslərin önündə addımlayırlar. “Gənclər Paytaxtı” adını şərəflə daşıyan Gəncə bu yaxınlarda Avropa Gənclər Paytaxtı müsabiqəsinin də qalibi olub və Gəncə gəncləri bu etimadı davamlı nailiyyətlərində layiqincə doğruldacaqlar.

Sonra tədbir iştirakçıları Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında rejissor Vaqif Şərifovun quruluş verdiyi, Aydın Murovdağlının “Alın yazısı” poeması əsasında ədəbi-bədii kompozisiyaya tamaşa etdilər. Xalq artisti Pərvanə Qurbanovanın, əməkdar artist Məmmədəli Balayevin, aktyorlardan Elşad Əhmədovun, Samir Abbasovun, Sevda Orucovanın, Elxan Abbasovun, Mətləb Təhmasinin, Yusif Səfərovun ifaları hamının marağına səbəb oldu.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır